/* */
Online xəbərlər
Azerspace-1 46°E Tezlik 11135 MHz Polyarizasiya H Axın sureti 27500 FEC 5/6  ||   Azerspace-1 46°E Tezlik 11135 MHz Polyarizasiya H Axın sureti 27500 FEC 5/6  ||   Azerspace-1 46°E Tezlik 11135 MHz Polyarizasiya H Axın sureti 27500 FEC 5/6  ||  
Xəbərlər

Dünya

Suriyada gərginlik artır

Şriftin ölçüsü:  11px13px15px17px

Suriyada gərginlik getdikcə artır. Bəşər Əsəd qüvvələri ilə üsyançılar arasında qarşıdurma davam edir. Suriya fəallarının məlumatına görə Həma şəhərində ağır döyüşlər davam edir. Ötən günkü döyüşlərdən sonra Qalaat Əl- Madyaq rayonu üsyançıların nəzarəti altına keçib. Suriyanın üçüncü böyük şəhəri olan Homsda isə sakinlər hökumət qüvvələrinin şəhəri bombalamasına görə etiraz ediblər. Böyük Britaniyanın insan haqları üzrə Suriyadakı mıüşahidəçiləri ötən gün Homsda 8 nəfərin öldürüldüyü barədə xəbər yayıblar. Ümumilikdə isə ölkə üzrə baş verən toqquşmalarda bir gün ərzində 16 nəfərin öldüyü bildirilir. Onlardan ikisi uşaqdır. Suriyada Bəşər Əsəd rejiminə qarşı münaqişədə isə ölənlərin sayı 8 min nəfərdir. Birləşmiş Millətlər Təşkilatı böhranın həlli istiqamətində cüzi irəliləyişin olduğunu bildirir. Bu arada Birləşmiş Millətlər Təşkilatının və Ərəb Dövlətləri Liqasının birgə elçisi Kofi Annan Suriyada böhranın aradan qaldırılması barədə danışıqlarını davam etdirir. Rusiyadakı danışıqlardan sonra Annan Çinə səfər edib. Hazırda Pekində olan elçinin bu gün Çinin baş naziri Ven Ciaobao və xarici işlər naziriliyinin rəsmiləri ilə görüşəcəyi gözlənilir. Qeyd edək ki BMT-nin keçmiş başçısı Suriyada atəşkəsin əldə olunması, regionlardan ağır texnikanın çıxarılması, humanitar yardıma icazə verilməsi, dövlət və müxalifət arasında siyasi dialoqun qurulması kimi tələblərin yer aldığı bir sülh planının həyata keçrilməsinə çalıqşır. O deyib ki, Suriya böhranı ilə bağlı hər hansı bir müddət təyin etmək düzgün deyil. Onun bildirdiyinə görə böhrandan çıxış yollarının tapılmasına dair hər hansı bir vaxt müddəti təyin etmək problemin həllini ləngidə bilər. Sülhün əldə olunması üçün həm iqtidar həm də müxalifət ilə gərgin işin aparılmasının vacibliyini bildirən Annan Rusiyanın problemin həllində maraqlı olduğunu bildirib. Çinin də bu prosesə müsbət təsir göstərəcəyinə inandığını deyən Kofi Annan Pekində keçiriləcək görüşlərin məhsuldar olacağını deyib.

09:00 / 27.03.2012
 Dosta göndər   Çap et     Geri     Yuxarı 
Günün videosu
Teglər
Səhifəyə daxil olanların sayı

Online: 21
Bu gün: 12863
Bu ay: 264059
Ümumi: 13753675
Ölkə: Azerbaijan

RSS feed
rss-xəbərlərə qoşulmaq üçün buraya daxil olun

WAP
WAP-la xəbərləri izləmək buraya daxil olun

E_MAİL
bizə yazın