/* */
Online xəbərlər
Azerspace-1 46°E Tezlik 11135 MHz Polyarizasiya H Axın sureti 27500 FEC 5/6  ||   Azerspace-1 46°E Tezlik 11135 MHz Polyarizasiya H Axın sureti 27500 FEC 5/6  ||   Azerspace-1 46°E Tezlik 11135 MHz Polyarizasiya H Axın sureti 27500 FEC 5/6  ||  
Xəbərlər

Dünya

Seuldan Pxenyana hədə…

Şriftin ölçüsü:  11px13px15px17px

Şimali Koreyanın orbitə süni peyk daşıyan raket buraxacağı ilə bağlı bəyanatı Cənubi Koreyanı narahat edib. Rəsmi Seul, ölkə üzərindən uçacağı təqdirdə, raketin məhv ediləcəyini bəyan edib. Bu arada Cənubi Koreyada nüvə təhlükəsizliyi üzrə sammit işə başlayıb. İki gün davam edəcək toplantıda 50-dən çox dövlət və hökumət başçısı, 4 beynəlxalq təşkilatın nümayəndəsi iştirak edir. Sammit iştirakçıları əsasən nüvə obyektləri, materialları və enerjisinin təhlükəsizliyi məsələsini müzakirə edəcəklər. Əvvəlcədən xəbər verildiyi kimi, Şimali Koreya toplantıda iştirak etməyəcək. BMT – nin baş katibi Ban Ki Mun və bir sıra dövlət başçıları sammitdə iştirak etmək üçün artıq Cənubi Koreyadadırlar. Bu arada Koreya Yarımadasında vəziyyət yenidən gərginləşib. Rəsmi Pxenyanın aprel ayında orbitə süni peyk daşıyan raket buraxacağı ilə bağlı bəyanatı Seulu ciddi narahat edib. Cənubi Koreya rəsmiləri uçuş trayektoriyası ölkə ərazisi üzərindən həyata keçirilərsə, raketi vurulacaqları ilə hədələyiblər. Bəyanat, Seulda işə başlayan nüvə təhlükəsizliyi üzrə beynəlxalq sammitin açılışından əvvəl verilib. Elə sammitin gündəliyinə daxil olan məsələlərdən biri də Şimali Koreyanın nüvə proqramı olacaq. Qeyd edək ki, rəsmi Pxenyan orbitə çıxarılacaq raketin digər ölkələrin ərazisi üzərindən keçməyəcəyini bəyan edib. Rusiya, ABŞ və Yaponiya isə Şimali Koreyanı raketi buraxmaqdan imtina etməyə çağırıblar. Belə ki, BMT Təhlükəsizlik Şurasının qətnaməsinə əsasən, Şimali Koreyaya mülki raket daşıyıcıları da daxil olmaqla, istənilən raketin buraxılışı qadağandır. Üstəlik abş hökuməti planlaşdırılan layihənin dinc xarakterli olduğuna şübhə ilə yanaşır. Rəsmi Vaşinqton hesab edir ki, Şimali Koreya orbitə süni peyk buraxmaq adı altında, ballistik raketlərini sınaqdan çıxarır.

13:00 / 26.03.2012
 Dosta göndər   Çap et     Geri     Yuxarı 
Günün videosu
Teglər
Səhifəyə daxil olanların sayı

Online: 34
Bu gün: 23828
Bu ay: 433244
Ümumi: 13922860
Ölkə: Azerbaijan

RSS feed
rss-xəbərlərə qoşulmaq üçün buraya daxil olun

WAP
WAP-la xəbərləri izləmək buraya daxil olun

E_MAİL
bizə yazın