/* */
Online xəbərlər
Azerspace-1 46°E Tezlik 11135 MHz Polyarizasiya H Axın sureti 27500 FEC 5/6  ||   Azerspace-1 46°E Tezlik 11135 MHz Polyarizasiya H Axın sureti 27500 FEC 5/6  ||   Azerspace-1 46°E Tezlik 11135 MHz Polyarizasiya H Axın sureti 27500 FEC 5/6  ||  
Xəbərlər

Dünya

Suriyada qan su yerinə axır

Şriftin ölçüsü:  11px13px15px17px

Suriyada qarşıdurmalar səngimək bilmir. Suriyanın ikinci böyük şəhəri olan Alepo ətrafında hökumət qüvvələri üsyançıları sıxışdırmaq üçün helikopterlərdən istifadə edir. Qətərin «Əl-Cəzirə» telekanalının məlumatına görə ötən gün müxalifət qüvvələrinin Anadan, Haryatan və Aaza şəhərlərinə havadan zərbələr endirilib. Suriya təhlükəsizlik qüvələri Alepo şəhərində silahlıların daha öncədən planlaşdırdığı bir neçə partlayışın qarşısını alıb. Silahlıların hərbi karvanın keçməli olduğu yolu minaladığı bildirilir. Bununla yanaşı bir məscid və bir məktəbin də minalandığı aşkarlanıb. Türkiyə ilə sərhəddə yerləşən İdlib şəhərində isə hökumət qüvvələri bir neçə silahlı dəstəni mühasirəyə alıb , o cümlədən 5 terrorçunu ələ keçiriblər. Suriyanın cənubunda Nava şəhəri yaxınlığında üsyançılar hərbi postlara hücum ediblər. Döyüş zamanı iki Suriya hərbiçisi ölüb. Müxalifət mənbələrinin məlumatına görə Dəməşqdən 110 kilometr məsafədə yerləşən Lacat şəhərində hökumətin 15 əsgəri və 3 tankı məhv edilib. Nakb şəhərində də vəziyyətin gərginləşdiyi bildirilir. Suriya hökuməti həmin əraziyə də hərbi qüvvə göndərib. Bu arada müxalifət tərafdarları gecə saatlarında paytaxt Dəməşqdə hökumət əleyhinə nümayişlər keçiriblər. Suriya hüquq mühafizə orqanlarının əməkdaşları iştirakçılara atəş açıblar. Müxalifət mənbələri həmçinin Dəməşq ətrafı rayonlarda Homs , İdlib , Dəra Alepo və Həma şəhərlərində 66 nəfərin eləcə də 3 uşağın öldürüldüyünü xəbər verib. Lakin hökumət rəsmiləri bu xəbəri təkzib edir. Xəbər verildiyi kimi Suriyanın sayılı tərəfdarlarından olan Rusiya Suriyada daxili böhranın sülh yolu ilə həll olunması istiqamətində cəhdlərini davam etdirir. Rusiya prezidenti Dmitri Medvedev, BMT və Ərəb Liqasının xüsusi elçisi Kofi Annanı qəbul edib.

09:00 / 26.03.2012
 Dosta göndər   Çap et     Geri     Yuxarı 
Günün videosu
Teglər
Səhifəyə daxil olanların sayı

Online: 22
Bu gün: 2215
Bu ay: 66035
Ümumi: 16380058
Ölkə: Azerbaijan

RSS feed
rss-xəbərlərə qoşulmaq üçün buraya daxil olun

WAP
WAP-la xəbərləri izləmək buraya daxil olun

E_MAİL
bizə yazın