/* */
Online xəbərlər
Azerspace-1 46°E Tezlik 11135 MHz Polyarizasiya H Axın sureti 27500 FEC 5/6  ||   Azerspace-1 46°E Tezlik 11135 MHz Polyarizasiya H Axın sureti 27500 FEC 5/6  ||   Azerspace-1 46°E Tezlik 11135 MHz Polyarizasiya H Axın sureti 27500 FEC 5/6  ||  
Xəbərlər

Dünya

«Suriyadakı vəziyyətlə bağlı bəyanat layihəsi» müzakirə olunub

Şriftin ölçüsü:  11px13px15px17px

BMT Təhlükəsilik Şurasında «Suriyadakı vəziyyətlə bağlı bəyanat layihəsi» müzakirə olunub. Fransa tərəfindən irəli sürülən layihə ilə bağlı yekun nəticə əldə edilməyib. Paytaxt Dəməşq ətrafında isə döyüşlər davam edir. BMT Təhlükəsizlik Şurası Suriya münaqişəsinin həlli yollarını axtarır. Fransa tərəfindən irəli sürülən sənəddə Kofi Annanın Suriyadakı missiyasına tam dəstək ifadə olunur. Lakin müzakirələr zamanı sənədin mətni üzrə tam razılığa gəlinməyib. Fransız nümayəndə heyəti bəyan edib ki, layihənin yeni variantı hazırlanaraq elə həmin gün təsdiqlənmək üçün Parisə göndəriləcək. Təhlükəsizlik Şurasındakı prosedura əsasən, şura üzvlərinin layihəyə etirazı olmasa, bəyanat bu gün avtomatik olaraq qəbul olunmuş hesab ediləcək. Qətnamədən fərqli olaraq, Təhlükəsizlik Şurasının bəyanatları məcburi xarakter daşımır. Rusiya, bu dəfə Suriya məsələsinin tənzimlənməsində Annan missiyasını dəstəkləməyə hazır olduğunu bəyan edib. Bu arada Homs şəhərində qarşıdurmalar davam edir. Miüxalifət, hökumət qüvvələrinin şəhərin yaşayış məntəqələrini atəşə tutduğu barədə məlumat yayıb. Tərəflər dinc əhalinin qətlə yetirilməsində bir-birini günahlandırırlar. Paytaxt Dəməşq ətrafında da atəş səsləri eşidilib. Harasta və İrbin rayonları tanklardan açılan atəşə məruz qalıb. Əraziyə ağır artilleriya yeridilib. Bu arada Yaponiya Suriyadakı səfiriiyini bağlayıb. Məlumatı ölkənin Xarici İşlər Nazirliyi yayıb. Rəsmi Tokio qərarını Suriyada təhlükəsizliyin tam təmin olunmaması ilə izah edib.

19:00 / 21.03.2012
 Dosta göndər   Çap et     Geri     Yuxarı 
Günün videosu
Teglər
Səhifəyə daxil olanların sayı

Online: 24
Bu gün: 2583
Bu ay: 66403
Ümumi: 16380426
Ölkə: Azerbaijan

RSS feed
rss-xəbərlərə qoşulmaq üçün buraya daxil olun

WAP
WAP-la xəbərləri izləmək buraya daxil olun

E_MAİL
bizə yazın