/* */
Online xəbərlər
Azerspace-1 46°E Tezlik 11135 MHz Polyarizasiya H Axın sureti 27500 FEC 5/6  ||   Azerspace-1 46°E Tezlik 11135 MHz Polyarizasiya H Axın sureti 27500 FEC 5/6  ||   Azerspace-1 46°E Tezlik 11135 MHz Polyarizasiya H Axın sureti 27500 FEC 5/6  ||  
Xəbərlər

Dünya

Fransa polisi cinayyətkarın yaşadığı binanı mühasirədə saxlayır

Şriftin ölçüsü:  11px13px15px17px

Fransa polisi tulzuada yəhudi məktəbinin 1 müəllimi və 3 uşağını qətlə yetirməkdə şübhəli bilinən şəxslərdən birini həbs edib. Bu barədə hüquq mühafizə orqanları xəbər verib. Martın 19-da törədilmiş cinayətdə şübhəli bilinən şəxsin həbs ilə bağlı əməliyyat ötən gecədən başlayıb. Bir sıra mənbələrin məlumatına görə polis hazırda şübhəli şəxsin gizləndiyi binanı mühasirədə saxlayır. Bəzi mənbələr isə polislə atışma zamanı şübhəlilərdən birinin yaralandığını sonradan onun təcili yardım maşınında aparlıdığını yazırlar. Onun ölü və ya yaralı olduğu dəqiq bilinmir. Məlumatlarda qeyd olunur ki, reyd zamanı həmçinin iki asayiş keşikçisi yüngül xəsarət alıb. Əməliyyatların davam etdiyi rayonda hələ də atəş səsləri eşidilir. Xəbər verilir ki, şübhəlilər özünü «Forsan Əl İsa» adlandıran radikal islamçı qrulaşmanın üzvləridir. Lakin bu məlumat hələlik öz təsdiqini tapmayıb. Söhbət yarı fransız-yarı Əlcazair əsilli iki qardaşdan gedir. Onlardan birinin 24 yaşı var. Binanın ətrafını mühasirəyə alan polislər hazırda məhz həmin şəxsin təslim olmasını gözləyirlər. Bəzi mənbələrin məlumatına görə polis onlardan biri ilə qapı dalından danışıqlar aparıb. Şübhəli şəxs bildirib ki, o törətdiyi cinayyətlə Fələstində qətlə yetrilmiş uşaqların qisasını almağa istəyib. O həmçinin «Əl-Qaidə» terror təşkilatına xüsusi rəğbət bəslədiyni də polisə etiraf edib. Qeyd edək ki, onların gizləndiyi ev Tuluzanın şimalında sözügedən cinayət hadisəsinin qeydə alındığı yəhudi məktəbinin yerləşdiyi ərazidən 3 kilometr aralıda yerləşir.

13:00 / 21.03.2012
 Dosta göndər   Çap et     Geri     Yuxarı 
Günün videosu
Teglər
Səhifəyə daxil olanların sayı

Online: 26
Bu gün: 350
Bu ay: 97868
Ümumi: 16411891
Ölkə: Azerbaijan

RSS feed
rss-xəbərlərə qoşulmaq üçün buraya daxil olun

WAP
WAP-la xəbərləri izləmək buraya daxil olun

E_MAİL
bizə yazın