/* */
Online xəbərlər
Azerspace-1 46°E Tezlik 11135 MHz Polyarizasiya H Axın sureti 27500 FEC 5/6  ||   Azerspace-1 46°E Tezlik 11135 MHz Polyarizasiya H Axın sureti 27500 FEC 5/6  ||   Azerspace-1 46°E Tezlik 11135 MHz Polyarizasiya H Axın sureti 27500 FEC 5/6  ||  
Xəbərlər

Dünya

Terrorçular aranı qatdı

Şriftin ölçüsü:  11px13px15px17px

Novruz bayramını qeyd edən Türkiyədə terror təşkilatları insanların əhvalını əməlli başlı korlayıb. Ölkədə müxtəlif terror hadisələri törədilib. PKK tərəfdarlarının keçirdiyi etiraz aksiyalarında isə polislə aksmyaçılar arasında toqquşma yaranıb. Bununla bağlı polis əhaliyə son dərəcə diqqətli olmaq barədə xəbəardarlıq edib. Bayram tədbirləri zamanı kütlə içinə girən terrorçlar polis və dinc sakinlərə atəş açıb. Hücum zamanı 8 polis və bir mülki şəxs yaralanıb. Türkiyənin Van vilayətində daha böyük bir təxribatın son anda qarşısı alınıb. Bayram şənliklərinin keçirildiyi əraziyə qoyulan və uzaqdan idarə edilən 2 kiloqramlıq partlayıcı zərərsizləşdirilib. Yüksəkobda da terrorçular insanların arasına girərək polisə atəş açıb. Hadisə zamanı 3 polis və bir mülki şəxs yaralanıb. Polis terorçulardan birinin izinə düşüb. Polislə həmin şəxs arasında silahlı qarşıdurma yaranıb. Lakin ətrafda mülki şəxslərin də olmasından istifadə edən terrorçu qaça bilib. Şırnağın cizrə kəndində də eyni senari yaşanıb. Terrorçular bayram tədbirləri zamanı polisə atəş açıb. 2 polis ağır yaralanıb. Silahlıların PKK terrorçuları olduğu güman edilir. Onların axtarışı ilə bağlı əməliyyatlar keçirilir.

13:00 / 21.03.2012
 Dosta göndər   Çap et     Geri     Yuxarı 
Günün videosu
Teglər
Səhifəyə daxil olanların sayı

Online: 29
Bu gün: 7
Bu ay: 97525
Ümumi: 16411548
Ölkə: Azerbaijan

RSS feed
rss-xəbərlərə qoşulmaq üçün buraya daxil olun

WAP
WAP-la xəbərləri izləmək buraya daxil olun

E_MAİL
bizə yazın