/* */
Online xəbərlər
Azerspace-1 46°E Tezlik 11135 MHz Polyarizasiya H Axın sureti 27500 FEC 5/6  ||   Azerspace-1 46°E Tezlik 11135 MHz Polyarizasiya H Axın sureti 27500 FEC 5/6  ||   Azerspace-1 46°E Tezlik 11135 MHz Polyarizasiya H Axın sureti 27500 FEC 5/6  ||  
Xəbərlər

Dünya

İraq müharibəsinin başlamasından 9 il ötür

Şriftin ölçüsü:  11px13px15px17px

İraq müharibəsinin başlamasından 9 il ötür. Bu gün həm də silsilə terror aktları ilə yadda qalıb. Bəsrə şəhərində müharibənin ildönümü kütləvi etiraz aksiyası ilə qeyd edilib. Nümayişçilər günü – gündən pisləşən iqtisadi vəziyyətdən və korrupsiyadan əziyyət çəkdiklərini bildiriblər. Etirazçılar işsizliyin səviyyəsinin artmasında amerikalıları günahlandırıblar. Yüz minlərlə insan küçələrə çıxaraq, «Yaxşı həyat istəyirik!» kimi şüarlar səsləndiriblər. Müharibədən sonra İraqın infrastrukturu demək olar ki, bərpa edilməyib. Bunun üçün yarım trilyon dollar vəsait tələb olunduğu bildirilir. Hərbi əməliyyatlar zamanı Birləşmiş Ştatlar ordusu 4500-dən artıq itki verib. 31 min insan yaralanıb. Barak Obama İraq müharibəsinin ölkə büdcəsinə 1 trilyon dollara başa gəldiyini deyib. Müharibə nəticəsində 60 min iraqlı həyatını itirib. Birləşmiş Ştatlar və müttəfiqlərinin 2003-cü ilin martında İraqa müdaxiləsinin əsas səbəbi kimi Səddam Hüseynin kütləvi qırğın silahlarına malik olması göstərilirdi. Səddam Hüseyn rejimi devrildikdən sonra isə bu silahların təhlükəlilik səviyyəsinin şişirdildiyi məlum oldu. 2011-ci ilin dekabrında ABŞ, hərbi birləşmələrini ölkədən çıxarıb. Buna baxmayaraq, İraqda demək olar ki, hər gün terror aktı törəlir. Elə müharibənin 9-cu ildönümündə törədilən partlayışlar da onlarla insanın həyatına son qoyub. Silsilə terror aktları nəticəsində 40-a yaxın insan həlak olub, 180 nəfər yaralanıb. Ümumilikdə 14 partlayış baş verib. Qeyd edək ki, silsilə terror aktları ərəb dövlətləri birliyinin Bağdadda işə başlayacaq sammitinə bir neçə gün qalmış törədilib. 1990-cı ildən bəri ilk dəfədir ki, bu sammit İraqda keçiriləcək. Ölkənin Daxili İşlər Nazirliyindən verilən məlumata görə, «Əl-Qaidə» terror qruplaşması ərəb dövlətləri liderlərinin görüşündən öncə ölkədə xaos yaratmaq niyyətindədir. Buna görə də İraqda təhlükəsizlik tədbirləri gücləndirilib, asayişin qorunması məqsədilə əlavə ordu birləşmələri və polis səfərbər olunub.

19:00 / 20.03.2012
 Dosta göndər   Çap et     Geri     Yuxarı 
Günün videosu
Teglər
Səhifəyə daxil olanların sayı

Online: 20
Bu gün: 381
Bu ay: 97899
Ümumi: 16411922
Ölkə: Azerbaijan

RSS feed
rss-xəbərlərə qoşulmaq üçün buraya daxil olun

WAP
WAP-la xəbərləri izləmək buraya daxil olun

E_MAİL
bizə yazın