
BMT – nin baş katibi Ban Ki Mun 21 mart - Beynəlxalq Novruz Günü münasibətilə dünya ictimaiyyətinə müraciət edib. Müraciətdə deyilir ki, Novruz, min illər boyu 300 milyon insanı, regionları və millətləri, etiqad və dilləri baharın ilk günündə, təbiətin yenilənməsi münasibətilə birləşdirib. Baş katib Novruzun, bütün insanları birləşdirən ortaq cəhətləri möhkəmləndirmək üçün bir şans olduğunu deyib. Məhz buna görə də bu bayram «UNESKO»-nun qeyri-maddi mədəni irsi siyahısına daxil edilib. Baş katib qlobal dəyişikliklər və çətinliklərin yaşandığı bir vaxtda, sülhə səsləyən Novruzun qeyd olunmasının əhəmiyyətini qeyd edib.
Birləşmiş Ştatların dövlət katibi Hillari Klinton da Novruzu qeyd edən xalqları təbrik edib. Çıxışında xanım Klinton, Novruzun milyonlarala insan üçün bir ümid yeri olduğunu bildirib.
13:00 / 20.03.2012