/* */
Online xəbərlər
Azerspace-1 46°E Tezlik 11135 MHz Polyarizasiya H Axın sureti 27500 FEC 5/6  ||   Azerspace-1 46°E Tezlik 11135 MHz Polyarizasiya H Axın sureti 27500 FEC 5/6  ||   Azerspace-1 46°E Tezlik 11135 MHz Polyarizasiya H Axın sureti 27500 FEC 5/6  ||  
Xəbərlər

Dünya

Fransızlar yas içində

Şriftin ölçüsü:  11px13px15px17px

Bu gün fransızlar matəm edir. Ölkə əhalisi Tuluza şəhərində yəhudi məktəbində baş verən hadisə nəticəsində həlak olan insanların xatirəsini yad edirlər. İnsanlar təhsil mərkəzinin binası önünə gül və uşaq oyuncaqları düzürlər. Fransa hökuməti isə bəyan edib ki, hadisəni törədən cinayətkarları ələ keçirmək bir şərəf işdir. Hücumun qurbanlarını anım məqsədilə Parisdə minlərlə insan dinc yürüş keçirib. Fransa bayraqları ilə yanaşı onların əllərində İsrail bayraqları da olub. Ölkənin digər iri şəhərlərində polislər gücləndirilmiş iş rejimində çalışır. Tarixdə ilk dəfə olaraq Fransa prezidenti Nikola Sarkozi qırmızı –ən yüksək səviyyəli terror əleyhinə təhlükə elan edib. Bununla yanaşı istintaq sözügedən hücumun ötən həftə Fransız hərbiçilərnə hücumla əlaqali olduğunu sübuta yetirib. Həmin vaxt 3 fransız əsgəri qətlə yetirilmişdi, daha bir əsgər isə hələ də ağır vəziyyətdə olaraq qalır. Tuluzada baş verən hadislər Fransanın siyasi həyatına da təsir edib. Prezidentliyə namizədlər debatlarını və çıxışlarını təxirə salıblar. Bu həm də seçkiqabağı kompaniyalara rəsmi olaraq strat verilir. Bu yaxınlardda konstitusiya şurası 10 nəfərin namizədliyni qeydə alıb. Onların arasında hazırki prezident Nikola Sarkozi, onun əsas rəqibi sosial partiyanın namizədi Fransua Oland, eləcə də qatı sağçı milli cəbhənin lideri marin le pen də var. Rəy sorğularının nəticələrinə görə onlar prezidentliyə ən çox şansı olan namizədlərdir. Qeyd edək ki, 10 namizədin hər biri seçkilərdə iştirak etmək üçün 500 seçicinin imzasını toplaya blib.

13:00 / 20.03.2012
 Dosta göndər   Çap et     Geri     Yuxarı 
Günün videosu
Teglər
Səhifəyə daxil olanların sayı

Online: 21
Bu gün: 1139
Bu ay: 98657
Ümumi: 16412680
Ölkə: Azerbaijan

RSS feed
rss-xəbərlərə qoşulmaq üçün buraya daxil olun

WAP
WAP-la xəbərləri izləmək buraya daxil olun

E_MAİL
bizə yazın