/* */
Online xəbərlər
Azerspace-1 46°E Tezlik 11135 MHz Polyarizasiya H Axın sureti 27500 FEC 5/6  ||   Azerspace-1 46°E Tezlik 11135 MHz Polyarizasiya H Axın sureti 27500 FEC 5/6  ||   Azerspace-1 46°E Tezlik 11135 MHz Polyarizasiya H Axın sureti 27500 FEC 5/6  ||  
Xəbərlər

Dünya

Liviyada hərbi əməliyyatların başlamasından 1 il ötür

Şriftin ölçüsü:  11px13px15px17px

Bu gün Liviyada hərbi əməliyyatların başlamasından 1 il ötür. Lakin Qəddafi rejimi devrilsə də, ölkədə qarşıdurmalar səngimək bilmir. Bu arada İnterpol, Liviyanıni xüsusi kəşfiyyat xidmətinin keçmiş rəhbəri Abdulla Əs-Sənussinin həbsinə və vətənə ekstradisiyasına order verib. Liviyanın yeni hökuməti hələ də ölkədə vəziyyəti sabitləşdirə bilməyib. Silahlı dəstələr tərk-silah olunmaqdan imtina edir, tayfalar və qəbilələr isə nüfuz dairəsi uğrunda mübarizə aparırlar. Hər bir qruplaşma öz maraqlarını silahla qorumağa çalışır. Bu arada Tripolinin Əbu-Səlim rayonunda paytaxt inqilabçıları ilə Zintan şəhərindən olan döyüşçülər arasında qarşıdurma baş verib.
Bu hadisədən sonra Milli Keçid Şurasının rəhbəri Mustafa Əbdül-Cəlil bəyanatla çıxış edib. O, silahlı qruplaşmaları dövlət müəssisələrinə nəzarətə son qoymağı çağırıb. Lakin çağırış cavasız qalıb. Belə ki, Liviya hökuməti tayfalara təsir etmək gücündə deyil. ABŞ mətbuatının yazdığına görə, ötən ilinin martında olduğu kimi əhali hələ də hökumətdən narazıdır. Hazırda benqazidə kifayət qədər silahlı döyüşçü var. Bu isə Liviyada yeni vətəndaş müharibəsinin baş verməsi təhlükəsi yaradır. Bu arada İnterpol Liviyanın xüsusi kəşfiyyat xidmətinin keçmiş rəhbəri Abdulla Əs-Sənussinin həbsinə və vətəninə ekstradisiyasına order verib. Qeyd edək ki, o, mavritaniyada saxlanılmışdı. İranın «Press TV» kanalının Liviyada həbs olunmuş 2 britaniyalı müxbiri də azadlığa buraxılıb. Onlar fevralın əvvəlində Tripolidə hərbçilər tərəfindən saxlanılmışdı və casusluqda günahlandırılırdılar.

19:00 / 19.03.2012
 Dosta göndər   Çap et     Geri     Yuxarı 
Günün videosu
Teglər
Səhifəyə daxil olanların sayı

Online: 19
Bu gün: 757
Bu ay: 98275
Ümumi: 16412298
Ölkə: Azerbaijan

RSS feed
rss-xəbərlərə qoşulmaq üçün buraya daxil olun

WAP
WAP-la xəbərləri izləmək buraya daxil olun

E_MAİL
bizə yazın