/* */
Online xəbərlər
Azerspace-1 46°E Tezlik 11135 MHz Polyarizasiya H Axın sureti 27500 FEC 5/6  ||   Azerspace-1 46°E Tezlik 11135 MHz Polyarizasiya H Axın sureti 27500 FEC 5/6  ||   Azerspace-1 46°E Tezlik 11135 MHz Polyarizasiya H Axın sureti 27500 FEC 5/6  ||  
Xəbərlər

Dünya

Suriyada qanlı döyüşlər gedir

Şriftin ölçüsü:  11px13px15px17px

Suriyada qanlı döyüşlər gedir. Ölkənin ən çox qorunan Əl-Məzzə rayonunda üsyançılarla hökumət qüvvələri arasında toqquşma olub. Tərəflər ağır texnikadan da stifadə ediblər. Əl-Məzzə rayonu Dəməşqlə qonşu Livanın paytaxtı Beyrutun arasında yerləir. Bu rayonda səfirliklər, hökumət binaları və yüksək çinli məmurların evləri yerləşdiyindən mühavizəsi yüksək səviyyədə qurulub. Rayon ərazisində gedən qanlı döyüşlər zamanı hər iki itərəf itki verib. Təfərrüatlar açıqlanmır. Hazırda ordu, ölkənin şimal-qərbində yerləşən İdlib əyalətində müxalif döyüşçüləri təqib edir. Əl-Cəzirə telekanalının verdiyi məlumata görə, Cəbəl-Əz-Zəviyə və Hirbət-Əl-Couz rayonlarında amansız döyüşlər gedir. Müxalifət düşərgəsindən verilən məlumata görə, Suriya Azadlıq Ordusunun döyüşçüləri müqavimət göstərsələr də üstünlük hökumət birləşmələrinin əlindədir. Son sutka ərzində Suriya Azadlıq Ordusunun 11 döyüşçüsü həlak olub. Bu arada Suriyaya humanitar yardımların çatdırılması məsəsini müzakirə etmək üçün Beynəlxalq Qızıl Xaç Komitəsinin rəhbəri Yakob Kellenberq Rusiyanın xarici işlər naziri Sergey Lavrovla görüşəcək. Komitə rəsmilərinin fikrincə, rusiya, humanitar missiya əməkdaşlarının Suriyada sərbəst çalışması üçün rəsmi Dəməşqə təsir etmək gücündədir. Ötən gün isə suriyalı qaçqınlar Türkiyənin İstanbul şəhərində nümayiş keçiriblər. Aksiya iştirakçıları əllərində Suriya bayraqlarını tutaraq, Bəşər Əsədi istefaya çağırıblar.

13:00 / 19.03.2012
 Dosta göndər   Çap et     Geri     Yuxarı 
Günün videosu
Teglər
Səhifəyə daxil olanların sayı

Online: 36
Bu gün: 3163
Bu ay: 66983
Ümumi: 16381006
Ölkə: Azerbaijan

RSS feed
rss-xəbərlərə qoşulmaq üçün buraya daxil olun

WAP
WAP-la xəbərləri izləmək buraya daxil olun

E_MAİL
bizə yazın