/* */
Online xəbərlər
Azerspace-1 46°E Tezlik 11135 MHz Polyarizasiya H Axın sureti 27500 FEC 5/6  ||   Azerspace-1 46°E Tezlik 11135 MHz Polyarizasiya H Axın sureti 27500 FEC 5/6  ||   Azerspace-1 46°E Tezlik 11135 MHz Polyarizasiya H Axın sureti 27500 FEC 5/6  ||  
Xəbərlər

Dünya

Suriyada yenidən gərginlik yaşanıb

Şriftin ölçüsü:  11px13px15px17px

Suriyada ötən gün yenidən gərginlik yaşanıb. Cümə namazından sonra başlayan etirazlara ordunun müdaxilə etməsi nəticəsində onlarla insan qətlə yetirilib. Bu arada ölkəni tərk edənlərin sayı durmadan artır. Təkcə ötən gün 300-dən artıq Suriya vətəndaşının İraq sərhədlərini keçdiyi bildirilir. Türkiyəyə axın isə daha böyükdür. Belə ki, burada suriyalı qaçqınların sayı artıq 15 mini ötüb. Onların arasında 8 general və onlarla hərbi qulluqçunun olduğuna dair məlumatlar var. Rəsmi Ankara isə artıq Dəməşq rejiminə qarşı yeni addımlar atmağa hazırlaşır. Xarici İşlər Nazirliyi martın 22 –dən Türkiyənin Suriyadakı səfirliyinin fəaliyyətinin dayandırılması ilə bağlı göstəriş verib. Baş nazir Rəcəb Tayyib Ərdoğan isə sərhədyanı ərazilərdə bufer zonasının yaradılmasını təklfi edib. Hələlik bu haqda yekun razılıq əldə olunmasa da, Türkiyə xarici siyasət idarəsi bu istiqamətdə fəaliyyətini intensivləşdirib. BMT və Ərəb Birliyinin Suriyadakı xüsusi nümayəndəsi Kofi Annan isə Suriyaya silahlı müdaxilənin yolverilməz olması ilə bağlı yenidən BMT Təhlükəsizlik Şurasına səslənib. Rəsmi Pekin də Annanın Suriyadakı fəaliyyətini dəstəklədiklərini bəyan edib. Çinin BMT Təhlükəsizlik Şurasındakı daimi nümayəndəsi Li Baodonq, qurumun gələn həftə keçiriləcək növbəti toplantısında Suriyaya hərbi müdaxilə ilə bağlı təqdim olunacaq qətnaməyə yenidən veto qoyacaqlarını açıqlayıb. Çin həmçinin. Yaxın günlərdə Bəşər Əsəd rəhbərliyi ilə müxalifət liderləri arasında görüşün keçirilməsi üçün Suriyaya nümayəndə heyəti göndərməyi planlaşdırır. Qeyd edək ki, Suriya ilə bağlı Rusiyanın da mövqeyi dəyişməz olaraq qalır. Artıq Böyük Britaniya Bəşər Əsədə qarşı sanksiyaların və silahlı müdaxilənin bir müddət təxirə salınmasını və danışıqlara başlanmasını təklif edib.

13:00 / 17.03.2012
 Dosta göndər   Çap et     Geri     Yuxarı 
Günün videosu
Teglər
Səhifəyə daxil olanların sayı

Online: 22
Bu gün: 2046
Bu ay: 65866
Ümumi: 16379889
Ölkə: Azerbaijan

RSS feed
rss-xəbərlərə qoşulmaq üçün buraya daxil olun

WAP
WAP-la xəbərləri izləmək buraya daxil olun

E_MAİL
bizə yazın