/* */
Online xəbərlər
Azerspace-1 46°E Tezlik 11135 MHz Polyarizasiya H Axın sureti 27500 FEC 5/6  ||   Azerspace-1 46°E Tezlik 11135 MHz Polyarizasiya H Axın sureti 27500 FEC 5/6  ||   Azerspace-1 46°E Tezlik 11135 MHz Polyarizasiya H Axın sureti 27500 FEC 5/6  ||  
Xəbərlər

Dünya

Suriyada vəziyyət dahada gərginləşir

Şriftin ölçüsü:  11px13px15px17px

Suriyanın paytaxtı Dəməşqin mərkəzi meydanı insan selinə şahidlik edib. Burada prezident Bəşər Əsədə dəstək nümayişləri keçirilib. Bununla eyni vaxtda müxalif qadınların keçirməyə çalışdığı aksiya isə polis tərəfindən dağıdılıb. Suriya paytaxtının on minlərlə sakini milli birlik və Bəşər Əsədə dəstək vermək üçün nümayiş keçiriblər. Nümayişçilər milli bayraqlarını, eləcə də, Rusiya, Çin, İran və Livanın bayraqlarını qaldırıblar. Onlar xarici dövlətlərin Suriyanın daxili işlərinə qarışmasının əleyhinə şüarlar səsləndiriblər. Bununla eyni vaxtda Dəməşqin Həmra küçəsində qadınlar nümayiş keçirməyə çalışsa da, polis onalara imkan verməyib. Aksiya fəalları parlament binası qarşısında aksiya keçirməyə çalışıblar. Suriyada 1 il öncə məhz qadınların aksiyası ilə başlayan etirazlar sonradan ölkənin əksər şəhərlərinə yayılmağa başlayıb. Bununla yanaşı Dəməşqin ətraf ərazilərində gərginlik daha da böyüyüb. Kabun, Cubar, Kfar-Batnə və Kudam rayonlarında tez-tez silahlı toqquşmalar baş verir. Kürd rayonları olan Rukn Əd-Din və Bərzi rayonlarında tez-tez nümayişçilər həbs olunur. Məlumata görə müxalif döyüşçülər Suriya ordusunun generalını girov götürüblər. Onun buraxılması əvəzində isə 72 saat ərzində küçə nümayişlərində iştirak edən bütün həbs olunanların buraxılmasını tələb edirlər. Hökumətin təsiri altınla olan KİV-lər isə hələlik bu məlumatı təsdiqləməyiblər. Suriyanın şimal-qərbində yerləşən İdlib əyalətində hökumət qoşunları Suriya azadlıq ordusunun döyüşçülərini təqib edir.

09:00 / 16.03.2012
 Dosta göndər   Çap et     Geri     Yuxarı 
Günün videosu
Teglər
Səhifəyə daxil olanların sayı

Online: 23
Bu gün: 3605
Bu ay: 67425
Ümumi: 16381448
Ölkə: Azerbaijan

RSS feed
rss-xəbərlərə qoşulmaq üçün buraya daxil olun

WAP
WAP-la xəbərləri izləmək buraya daxil olun

E_MAİL
bizə yazın