/* */
Online xəbərlər
Azerspace-1 46°E Tezlik 11135 MHz Polyarizasiya H Axın sureti 27500 FEC 5/6  ||   Azerspace-1 46°E Tezlik 11135 MHz Polyarizasiya H Axın sureti 27500 FEC 5/6  ||   Azerspace-1 46°E Tezlik 11135 MHz Polyarizasiya H Axın sureti 27500 FEC 5/6  ||  
Xəbərlər

Dünya

Qədim Elladanın mədəniyyəti təhlükə qarşısında!

Şriftin ölçüsü:  11px13px15px17px

Yunan arxeoloqları həyəcan təbili çalır - iqtisadi böhran səbəbindən bəşəriyyətin maddi – mədəni irsi sayılan antik abidələr məhv olmaq təhlükəsi ilə üzləşib. Yunanıstan arxeoloqları təhlükənin qarşısını almaq üçün beynəlxalq kampaniyaya start veriblər. Arxeoloqar büdcə kəsiri səbəbindən hökumətin arxeoloji qazıntı işlərinə, tarixi əsərlərin qorunmasına, yeni araşdırmalara maliyyə vəsaiti ayırmadığından narahatdırlar. Ölkədə aparılan ixtisarlar, tarixi abidələrin qorunmsına ilə məşğul olan işçilərin sayına da təsir edib. Bütün bunlar bəzi muzeylərin bağlanmasına gətirib çıxarıb. Mədəniyyət ocaqlarında qarət halları artıb. Yunan arxeoloqlar abidələrin qorunmasını ölkənin təhlüksizliyi qədər vacib məsələ olduğunu bildiriblər. Onlar, «Abidələrin dili yoxdur ki, danışsınlar, sizin səsiniz, onların səsi olmalıdır!» şüarı altında beynəlxalq kampaniyaya start veriblər. Bunnula da arxeoloqlar mədəniyyətə ayrılan vəsaitin azaldılmasının qarşısını almaq istəyirlər. Yunanıstanda son bir neçə ildə Mədəniyyət Nazirliyinin büdcəsi 35 faiz azaldılıb. Arxeoloji qazıntılarda iştirak edən 2 min əməkdaş ixtisara düşüb. İlin əvvəlindən 2 böyük muzey qarət edilib.

13:00 / 15.03.2012
 Dosta göndər   Çap et     Geri     Yuxarı 
Günün videosu
Teglər
Səhifəyə daxil olanların sayı

Online: 20
Bu gün: 97
Bu ay: 97615
Ümumi: 16411638
Ölkə: Azerbaijan

RSS feed
rss-xəbərlərə qoşulmaq üçün buraya daxil olun

WAP
WAP-la xəbərləri izləmək buraya daxil olun

E_MAİL
bizə yazın