/* */
Online xəbərlər
Azerspace-1 46°E Tezlik 11135 MHz Polyarizasiya H Axın sureti 27500 FEC 5/6  ||   Azerspace-1 46°E Tezlik 11135 MHz Polyarizasiya H Axın sureti 27500 FEC 5/6  ||   Azerspace-1 46°E Tezlik 11135 MHz Polyarizasiya H Axın sureti 27500 FEC 5/6  ||  
Xəbərlər

Dünya

Bəşər Əsədin şəxsi yazışmaları ələ keçib

Şriftin ölçüsü:  11px13px15px17px

Bəşər Əsədin elektron poçtundakı şəxsi yazışmaları Britaniyanın «Qardian» qəzetinin əlinə keçib. Məktublarda əsədin, İran hökuməti ilə məsələhətləşmələr aparması və tankları beynəlxalq müşahidəçilərdən necə gizlətdiyi göstərilir. Təxminən 3 minə yaxın elektron məktubu qəzetə Suriya Ali İnqilab Şurasının üzvləri ötürüblər. Əldə olunan sənədlərə əsasən, Əsəd, üsyançılarla necə davranmaqla bağlı İrandan məsləhətər alıb. İranın Suriyadakı səfiri isə Əsədin xalq qarşısında çıxışının mətnini hazırlayıb. O, Suriya prezidentinə sərt arqumentlərdən istifadə etməyi və ölkənin hərbi gücünü daim xatırlatmağı məsləhət görüb. Məktubda həmçinin, İsrailin ünvanına sərt bəyanatlar səsləndirmək və fələstinlilərə dəstək verən ifadələr işlətməyin zəruriliyi qeyd olunub. Məktublardan məlum olur ki, livanlı iş adamı Hüseyn Mortada da Əsədə məsləhətlər verib. O, Suriya prezidentinə , çıxışı zamanı Suriyadakı terror aktlarının arxasında Əl-Qaidənin dayandığına diqqət çəkməməyi məsləhət görüb. Onun sözlərinə görə, məsuliyyətin Əl-Qaidə üzərinə qoyulması, təşkilatın özündən başqa heç kimin xeyrinə deyil. Digər bir məktubda isə Mortada əsədə, Suriya müxalifətinə bir yerə toplaşıb nümayiş keçirməyə imkan verməmək üçün komendant saatı tətbiq etməyi məsləhət görüb. Məktublar arasında ən maraqlısı Əsədin məsləhətçisi Hədil Əl-Əliyə göndərdiyi məktubdur. Məktubda o, beynəlxalq müşahidəçilərdən tankları necə gizlətməyi, əyani şəkildə, oyuncaq maşınla nümayiş etdirir. Bu arada rəsmi Vaşinqton Suriya msələsində ABŞ-la Rusiyanın mövqelərinin tədricən yaxınlaşdığını bəyan edib. Nuland gec və ya tez Bəşər Əsədin hakimiyyətdən gedəcəyini bildirib. Onun fikrincə, bu, ölkənin daxilindəki genişmiqyaslı etiraz aksiyaları, Qərbin iqtisadi sanksiyaları, həmçinin, Dəməşq rejiminə qarşı beynəlxalq təzyiqlərin artması nəticəsində mümkün olacaq. Səudiyyə Ərəbistanı isə Dəməşqdəki səfirliyini bağlayıb. Bunu Səudiyyə Ərəbistanı Krallığının xarici işlər naziri Səud Əl-Feysəl bəyan edib.

13:00 / 15.03.2012
 Dosta göndər   Çap et     Geri     Yuxarı 
Günün videosu
Teglər
Səhifəyə daxil olanların sayı

Online: 21
Bu gün: 12076
Bu ay: 427305
Ümumi: 17196638
Ölkə: Azerbaijan

RSS feed
rss-xəbərlərə qoşulmaq üçün buraya daxil olun

WAP
WAP-la xəbərləri izləmək buraya daxil olun

E_MAİL
bizə yazın