/* */
Online xəbərlər
Azerspace-1 46°E Tezlik 11135 MHz Polyarizasiya H Axın sureti 27500 FEC 5/6  ||   Azerspace-1 46°E Tezlik 11135 MHz Polyarizasiya H Axın sureti 27500 FEC 5/6  ||   Azerspace-1 46°E Tezlik 11135 MHz Polyarizasiya H Axın sureti 27500 FEC 5/6  ||  
Xəbərlər

Dünya

4 jurnalist azadlığa buraxıldı

Şriftin ölçüsü:  11px13px15px17px

Türkiyədə dövlət çevrilişinə cəhddə ittiham edilən 4 jurnalist sərbəst buraxılıb. Məhkəmə, cəzalarının böyük hissəsini çəkdiklərinə və işin istintaqına təsir göstərə bilməyəcəklərinə görə, onların azadlığa buraxılmasına qərar verib. Ötən il həbs olunan jurnalistlər 1 ildən artıq həbsxanada qalıblar. İstintaq hesab edir ki, onlar Rəcəb Təyyib Ərdoğan hökumətini devirməyə cəhd edən gizli millətçi «Ergenokon» təşkilatının üzvü olublar. Ergenokon işi 2008-ci ilin yayında, hərbçilərin və müxalifət üzvlərinin həbsləri ilə başlayıb. Türkiyə hökuməti ölkədə gizli təşkilatın yaradıldığını və bu təşkilatın üzvlərinin ölkədə hazırki hakimiyyəti zəiflətmək üçün siyasi böhran planlaşdırdığını elan edib. Hökumət hesab edir ki, azadlığa buraxılan jurnalistlər KİV-də «Ergenokon» ideyalarının yayılması ilə məşğul olublar. Həbs olunanlar isə bunun yalnız müxalifətlə mübarizə aparmaq üçün bəhanə olduğunu bəyan ediblər. Onların işi üzrə məhkəmənin növbəti iclası isə iyunun 18-də keçiriləcək. Bu iş üzrə həbs olunanların əksəriyyəti hələ də həbsdədir. Onlardan çoxu jurnalistdir. Həbsdə olanlar özlərini günahkar saymır və işdə siyasi motivin olduğunu iddia edirlər. Bir sıra ölkələrdə də ergenokon işi Türkiyə hökumətinin mətbuata təzyiqi kimi qiymətləndirildir. «SNN»-in məlumatına görə, bu gün Türkiyə həbsxanalarında yüzə yaxın mətbuat işçisi saxlanılır. Bu göstəriciyə görə ölkə dünyada ilk yerlərdən birini tutur.

13:00 / 13.03.2012
 Dosta göndər   Çap et     Geri     Yuxarı 
Günün videosu
Teglər
Səhifəyə daxil olanların sayı

Online: 21
Bu gün: 10926
Bu ay: 90274
Ümumi: 17310727
Ölkə: Azerbaijan

RSS feed
rss-xəbərlərə qoşulmaq üçün buraya daxil olun

WAP
WAP-la xəbərləri izləmək buraya daxil olun

E_MAİL
bizə yazın