/* */
Online xəbərlər
Azerspace-1 46°E Tezlik 11135 MHz Polyarizasiya H Axın sureti 27500 FEC 5/6  ||   Azerspace-1 46°E Tezlik 11135 MHz Polyarizasiya H Axın sureti 27500 FEC 5/6  ||   Azerspace-1 46°E Tezlik 11135 MHz Polyarizasiya H Axın sureti 27500 FEC 5/6  ||  
Xəbərlər

Dünya

BMT humanitar yardımla bağlı Suriyanın razılığını alıb

Şriftin ölçüsü:  11px13px15px17px

Suriyada qarşıdurmalar səngimir. Ölənlərin sayı günü-gündən artır. Ölkədəki gərginliyi aradan qaldırmaq üçün beynəlxalq səylər davam edir. BMT baş katibi Ban Ki Munun insan haqları üzrə köməkçisi Valeri Amos Suriyada olub. BMT rəsmisi Suriya rəsmiləri ilə keçirdiyi müzakirələrdən sonra hatayda millətçilərlə görüşüb. Ölkədəki vəziyyəti «Sarsıdıcı» adlandırıb. Valeri Amos Suryiadakı vəziyyəti müzakirə etmək üçün sonra Ankaraya gedib və Türkiyənin xarici işlər naziri Əhməd Davudoğlu ilə görüşüb. BMT təmsilçisi Suriyada apardığı məsləhətləşmələr barədə davudoğlunu məlumatlandırıb. Bildirib ki, Suriya hökuməti humanitar yardımın göndərilməsinə razılıq verib. BMT rəsmisinin sözlərinə görə, Suriya hökuməti iğtişaşlarda xəsarət alan insanlara humanitar yardım göstərməyə icazə versə də, bu imkan məhdud zaman müddətində olacaq. Bu arada BMT və Ərəb Dövlətləri Liqasının xüsusi nümayəndəsi Kofi Annan Qahirədə Ərəb Dövlətləri Liqasının liderləri ilə Suriyadakı vəziyyəti müzakirə edib. Suriyaya dair planlarını açıqlayıb. Bu gün isə o Dəməşqə yola düşəcək. Kofi Annanın Suriyaya səfəri siyasi analitiklərdə mövcud böhran vəziyyətinin aradan qaldırılması ilə bağlı ümidləri artırıb. Bildirilir ki, BMT-nin sabiq baş katibi Bəşər Əsədi müxalifət tərəfdarlarına qarşı hərbi əməliyyatların dayandırılmasına razı sala biləcək. Beynəlxalq müzakirələrin getdiyi bir vaxtda Suriyada qarşıdurmalar səngimək bilmir. Hums şəhərində Bəşər Əsəd tərəfdarları ilə etirazçılar arasında baş vermiş qarşıdurma nəticəsində 19 nəfər həlak olub. Bununla da, cümə günü ölkə ərazisində ölənlərin sayı 52-yə çatıb. Etirazlar qonşu iordaniyada da geniş miqyas alıb. Suriyanın əmmandakı səfirliyi qarşısına toplaşan minlərlə etirazçı beynəlxalq birliyi Suriyaya müdaxilə etməyə çağırıb.

13:00 / 10.03.2012
 Dosta göndər   Çap et     Geri     Yuxarı 
Günün videosu
Teglər
Səhifəyə daxil olanların sayı

Online: 68
Bu gün: 11263
Bu ay: 435790
Ümumi: 15202331
Ölkə: Azerbaijan

RSS feed
rss-xəbərlərə qoşulmaq üçün buraya daxil olun

WAP
WAP-la xəbərləri izləmək buraya daxil olun

E_MAİL
bizə yazın