/* */
Online xəbərlər
Azerspace-1 46°E Tezlik 11135 MHz Polyarizasiya H Axın sureti 27500 FEC 5/6  ||   Azerspace-1 46°E Tezlik 11135 MHz Polyarizasiya H Axın sureti 27500 FEC 5/6  ||   Azerspace-1 46°E Tezlik 11135 MHz Polyarizasiya H Axın sureti 27500 FEC 5/6  ||  
Xəbərlər

Dünya

Liviya muxtariyyatlara bölünür

Şriftin ölçüsü:  11px13px15px17px

Liviyanın daha bir rayonu faktiki olaraq muxtariyyət elan edib. Misuratanın yerli hökuməti ölkənin digər ərazilərindən bu rayona vətəndaşların gəlişinə qadağa qoyub. Liviyanın üçüncü böyük şəhərinin administrasiyası ölkənin digər rayonlarının sakinlərinin şəhərə daxil olmasına məhdudiyyət qoyub. Bu faktiki olaraq muxtariyyətin elan olunması deməkdir. Bələdiyyə orqanlarının bəyanatında deyilir ki, şəhərin müdafiəsi və ictimai asayişin qorunması ötən il Misuratanı Qəddafi qüvvələrindən qoruyan yerli birləşmələrin öhdəsinə verilib. Qeyd edək ki, bu həftə Liviyanın şərq hissəsindəki Kirenaika rayonu da muxtariyyət elan etmişdi. Bundan başqa muxtariyyətda müdafiə, maliyyə və neft nazirliklərinin də daxil olduğu dövlət hakimiyyəti orqanları yaradılacaq. Bu arada Liviyanın baş naziri Əbdül Rəhim Əl-Kib ölkə ərazisində Suriya üsyançılarının təlim mərkəzinin olmasını təkzib edib. Bu barədə o, ABŞ dövlət katibi Hillari Klintonla görüşündən sonra jurnalistlərə açıqlamasında bildirib. Xatırladaq ki, bundan öncə Rusiyanın BMT yanında daimi nümayəndəsi Vitali Çurkin Suriyaya göndərilməzdən öncə inqilabçı döyüşçülərin Liviyada hazırlıq keçməsi barədə fikir səsləndirmişdi. Bundan başqa Çurkin Liviyada Suriya hökumətinə qarşı hərbi fəaliyyətdə iştirak edənlərin xüsusi hazırlıq mərkəzi olması barədə xəbərdən Rusiyanın narahat olduğunu bildirmişdi.

09:00 / 09.03.2012
 Dosta göndər   Çap et     Geri     Yuxarı 
Günün videosu
Teglər
Səhifəyə daxil olanların sayı

Online: 17
Bu gün: 6399
Bu ay: 135021
Ümumi: 14269382
Ölkə: Azerbaijan

RSS feed
rss-xəbərlərə qoşulmaq üçün buraya daxil olun

WAP
WAP-la xəbərləri izləmək buraya daxil olun

E_MAİL
bizə yazın