/* */
Online xəbərlər
Azerspace-1 46°E Tezlik 11135 MHz Polyarizasiya H Axın sureti 27500 FEC 5/6  ||   Azerspace-1 46°E Tezlik 11135 MHz Polyarizasiya H Axın sureti 27500 FEC 5/6  ||   Azerspace-1 46°E Tezlik 11135 MHz Polyarizasiya H Axın sureti 27500 FEC 5/6  ||  
Xəbərlər

Dünya

İsrail İrana qarşı müharibəyə başlamayacaq

Şriftin ölçüsü:  11px13px15px17px

İsrail İrana qarşı müharibəyə başlamayacaq. Əksinə bu ölkəyə qarşı sanksiyalar tətbiq etməklə ona bir şans verəcək. Birləşmiş Ştatlara səfərindən geri dönənən İsrailin baş naziri Benyamin Netanyahu İsaril televiziyalarından birinə müsahibəsi zamanı belə deyib. Neteyahu İsrailin gizlində nüvə silahı istehsal etdiyini inkar edən və fövqəl dövlətlərə məhəl qoymayan Tehrana qarşı sanksiyalar tətbiq etməklə siyasi təzyiq göstərəcəyinə də eyham vurub. Baş nazir deyib ki, məsələ sülh yolu ilə həll olunarsa və Tehran öz nüvə proqramını dayandırarsa, İran və bütün İsrail vətəndaşları çox xoşbəxt olacaq. Vaşinqtonda keçirdiyi görüşlərdə Netanyahu Obamanı əmin edib ki , İsrail İranın nüvə obyektlərinə hücum etməklə bağlı heç bir qərar qəbul etməyib. Lakin o, münaqişənin hərbi yolla həll olunması seçimindən də tamamilə əl çəkdiyini bildirməyib. «Biz İrana nüvə silahı ilə silahlanmağa icazə verməməliyik»-deyə o vurğulayıb. Bəzi ekspertlərin sözlərinə görə Yaxın Şərqdə nüvə başlıqlarına malik olan yeganə ölkə İsraildir. Lakin onun gücü İranınkı qədər zərərli və güclü ola bilməz. Netanyahu bildirib ki, İranın nüvə proqramı Birləşmiş Ştatlardan çox İsrail üçün təhlükə yarada bilər. «Barak Obamanın ABŞ-ın İrana İsrail üçün bir təhlükə yaratmağa izn verməyəcəyi ilə bağlı söylədiklərinə inanırmı» sualına Netanyahu «Bu vacib bir bəyanat idi» deyə cavab verib.

09:00 / 09.03.2012
 Dosta göndər   Çap et     Geri     Yuxarı 
Günün videosu
Teglər
Səhifəyə daxil olanların sayı

Online: 37
Bu gün: 8311
Bu ay: 298296
Ümumi: 14432657
Ölkə: Azerbaijan

RSS feed
rss-xəbərlərə qoşulmaq üçün buraya daxil olun

WAP
WAP-la xəbərləri izləmək buraya daxil olun

E_MAİL
bizə yazın