/* */
Online xəbərlər
Azerspace-1 46°E Tezlik 11135 MHz Polyarizasiya H Axın sureti 27500 FEC 5/6  ||   Azerspace-1 46°E Tezlik 11135 MHz Polyarizasiya H Axın sureti 27500 FEC 5/6  ||   Azerspace-1 46°E Tezlik 11135 MHz Polyarizasiya H Axın sureti 27500 FEC 5/6  ||  
Xəbərlər

Dünya

Avropanı tətil dalğası bürüyüb

Şriftin ölçüsü:  11px13px15px17px

Avropanı tətil dalğası bürüyüb. Almaniyada iki gündür ki, davam edən tətilə qoşulanların sayı isə durmadan artır. Kütləvi etirazlar Xorvatiyada da baş qaldırıb.
Almaniyada kütləvi tətillər davam edir. Artıq nəqliyyat sektorunda çalışanlar da aksiyaya qoşulublar. İşə çıxmayanların sayı isə 10 mini ötüb. Tətilçilər maaşlarının arıtrılmasını tələb edirlər. Lakin hələlik rəsmilər aksiya iştirakçılarının tələblərinə müsbət cavab verməyiblər. Qeyd edək ki, etirazçılar maaşlarının azı 6.5 faiz artırılmasını və bu tendensiyanın hər 3 aydan bir təkrarlanmasını istəyirlər. Tələbləri yerinə yetirilməyəcəyi təqdirdə isə tətilin müddətinin qeyri - müəyyən vaxta kimi uzadılacağı açıqlanıb.
Xorvatiya hava yolları şirkətinin işçiləri də bu gündən 24 saatlıq tətil elan ediblər. Nəticədə paytaxt Zaqrebdən uçuşların təxminən yarısı təxirə salınıb. Mindən artıq sərnişin isə hava limanında qalıb. Reyslərin təxirə salınması səbəbindən şirkət təxminən 200 min avro ziyana düşüb. Aksiya iştirakçıları maaşların azlığından və iş saatının normadan çox olmasından şikayətlənirlər. İşə çıxmayan 300-ə yazın tətil iştirakçısı tələbləri yerinə yetirlməyəcəyi təqdirdə, tətilin müddətinin daha 3 sutka uzadılacağını bildiriblər.

19:00 / 08.03.2012
 Dosta göndər   Çap et     Geri     Yuxarı 
Günün videosu
Teglər
Səhifəyə daxil olanların sayı

Online: 13
Bu gün: 22560
Bu ay: 127832
Ümumi: 14262193
Ölkə: Azerbaijan

RSS feed
rss-xəbərlərə qoşulmaq üçün buraya daxil olun

WAP
WAP-la xəbərləri izləmək buraya daxil olun

E_MAİL
bizə yazın