/* */
Online xəbərlər
Azerspace-1 46°E Tezlik 11135 MHz Polyarizasiya H Axın sureti 27500 FEC 5/6  ||   Azerspace-1 46°E Tezlik 11135 MHz Polyarizasiya H Axın sureti 27500 FEC 5/6  ||   Azerspace-1 46°E Tezlik 11135 MHz Polyarizasiya H Axın sureti 27500 FEC 5/6  ||  
Xəbərlər

Dünya

«Forbs» jurnalı dünyanın ən varlı adamlarının adını açıqlayıb

Şriftin ölçüsü:  11px13px15px17px

ABŞ-ın «Forbs» jurnalı dünyanın ən varlı adamlarının adını açıqlayıb. Siyahıya yenə də meksikalı media-maqnat Karlos Slim başçılıq edir. Onun varidatı 69 milyard dollara bərabərdir. Karlos Slimin sərvəti il ərzində 5 milyard dollar azalsa da, bu, onun üçüncü dəfə dünyanın ən varlı adamı kimi siyahıya başçılıq etməsinə mane olmayıb. «Maykrasoft» şirkətinin sahibi Bill Qeyts isə ikinci yerdə qərarlaşıb. Onun sərvəti əksinə, 5 milyard dollar artaraq, 61 milyarda çatıb. İlk üçlüyü isə amerikalı sərmayəçi Uorren Baffet qapayır. Bu il onun sərvəti 50 milyard dollardan 44 milyarda enib. Planetin ən varlılarının onluğunda «Hennessi» şirkətinin sahibi, fransız Bernar Arno, geyim satışı korporasiyasının sahibi, ispaniyalı Amansio Orteqa, «Orakl» şirkətinin rəhbəri Lourens Ellison, braziliyalı maqnat Ayk Batista da qərarlaşıb. «Forbs» jurnalının reytinqlərinə görə, Nyu-York şəhərinin meri - Maykl blumberq 22 milyard dollarla 20-ci yerdə gedir. Rusiyadan isə dünyanın ən varlıları siyahısının nə onluğuna, nə də iyirmiliyinə heç kim düşməyib. Ən varlı Rusiya vətəndaşı - Əlişir Osmanov 18 milyard dollarla siyahıda 28-ci yeri tutub. Prezidentliyə keçmiş namizəd Mixail Proxorov isə 58-ci yerdə qərarlaşıb. Jurnal onun sərvətini 13 milyard dollar qiymətləndirib. Əslən azərbaycanlı iş adamı Vahid Ələkbərov isə 13, 5 milyard dollarla siyahıda 56-cı yer tutur. Forbs jurnalının məlumatına görə, 2012-ci ildə dünyada milyarderlərin sayı rekord həddə-1226 nəfərə çatıb. Onların sərvəti isə ümumilikdə 4, 6 trilyon dollar təşkil edir.

13:00 / 08.03.2012
 Dosta göndər   Çap et     Geri     Yuxarı 
Günün videosu
Teglər
Səhifəyə daxil olanların sayı

Online: 14
Bu gün: 9215
Bu ay: 260678
Ümumi: 14395039
Ölkə: Azerbaijan

RSS feed
rss-xəbərlərə qoşulmaq üçün buraya daxil olun

WAP
WAP-la xəbərləri izləmək buraya daxil olun

E_MAİL
bizə yazın