/* */
Online xəbərlər
Azerspace-1 46°E Tezlik 11135 MHz Polyarizasiya H Axın sureti 27500 FEC 5/6  ||   Azerspace-1 46°E Tezlik 11135 MHz Polyarizasiya H Axın sureti 27500 FEC 5/6  ||   Azerspace-1 46°E Tezlik 11135 MHz Polyarizasiya H Axın sureti 27500 FEC 5/6  ||  
Xəbərlər

Dünya

ABŞ Suriyaya təzyiqləri artırır

Şriftin ölçüsü:  11px13px15px17px

Birləşmiş Ştatların dövlət katibi Hillari Klinton rəsmi Dəməşqə qarşı təzyiqlərin artırılacağını bəyan edib. Suriyanın xarici işlər naziri Valid Muallim isə ölkəsinə qarşı tətbiq olunan sanksiyaları ədalətsiz adlandırıb. Hazırda rəsmi Vaşinqton bütün diqqətini Suriyanın müxalif qüvvələrinin birləşməsinə yönəldib. Hillari Klinton jurnalistlərin suriya ilə bağlı suallarını cavablandırarakən belə deyib. Paralel olaraq, ABŞ, Suriya rəhbərliyinin dəyişdirilməsi və dinc əhaliyə humanitar yardımların çatdırılmasına dəstək vermək məqsədilə koalisiyanın yaradılması planı üzərnidə də işləyir. Dövlət katibinin sözlərinə görə, Vaşinqton, Bəşər Əsəd rejiminə qarşı təzyiqləri artırmağı və Suriya xalqına qarşı zorakılığın qarşısının alınmasını hədəfləyib. ABŞ həmçinin Suriyanın bütün bölgələrinə humanitar təşkilatların girişini təmin edəcək. Bu arada Hillari Klinton və Rusiyanın xarici işlər naziri Sergey Lavrov bazar ertəsi, Nyu-Yorkda, Suriyadakı vəziyyəti müzakirə edəcəklər. Klinton Rusiyanın beynəlxalq birliyə qoşulacağına, Suriyada hakimiyyətin müxalifətə ötürülməsi üçün dinc və demokratik şəraitin yaradılmasına kömək edəcəyinə əmin olduğunu bildirib. Suriya hökuməti isə qarşıdurmalar nəticəsində xəsarət alanlara yardım göstərmək məqsədilə BMT ilə əməkdaşlıq etməyə hazırdır. Bunu ölkənin xarici işlər naziri Valid Muallim, Dəməşqdə BMT baş katibinin humanitar məsələlər üzrə müavini Valeri Amosla görüşü zamanı bəyan edib. Xarici siyasət idarəsinin rəhbəri qeyd edib ki, Suriyaya qarşı tətbiq olunan ədalətsiz sanksiyalara baxmayaraq, hökumət vətəndaşları qida və tibbi yardımla təmin etmək üçün mümkün olan hər şeyi edir. Bu arada Suriyanın neft və mineral resurslar nazirinin müavini əbdo hüssəməldin, Bəşər Əsəd hökumətini tərk etdiyini elan edib. O, həmçinin, hakim «BƏƏS» Partiyasından çıxaraq, müxalifətin tərəfinə keçdiyini bildirib.

13:00 / 08.03.2012
 Dosta göndər   Çap et     Geri     Yuxarı 
Günün videosu
Teglər
Səhifəyə daxil olanların sayı

Online: 28
Bu gün: 6209
Bu ay: 134831
Ümumi: 14269192
Ölkə: Azerbaijan

RSS feed
rss-xəbərlərə qoşulmaq üçün buraya daxil olun

WAP
WAP-la xəbərləri izləmək buraya daxil olun

E_MAİL
bizə yazın