/* */
Online xəbərlər
Azerspace-1 46°E Tezlik 11135 MHz Polyarizasiya H Axın sureti 27500 FEC 5/6  ||   Azerspace-1 46°E Tezlik 11135 MHz Polyarizasiya H Axın sureti 27500 FEC 5/6  ||   Azerspace-1 46°E Tezlik 11135 MHz Polyarizasiya H Axın sureti 27500 FEC 5/6  ||  
Xəbərlər

Dünya

Cenevrə avtoşousu başlayıb

Şriftin ölçüsü:  11px13px15px17px

İsveçrədə məşhur Cenevrə avtoşousu işə başlayıb. Avtoşouda əvvəlcə Avropada ilin ən yaxşı avtomobilinin adı açıqlanıb.
Qalib adı uğrunda 7 avtomobil şirkəti – «Sitroen», «Toyota» , «Ford», «Rənc- Rover», «Volksvagen» kimi məşhur brendlər yarışıb. Avropanın 23 ölkəsindən tədbirə qatılan 59 jurnalistin səs verməsindən sonra isə qalibin adı açıqlanıb. Bu, Opel və Şevrolet şirkətlərinin birgə istehsalı olan «Opel ampera» və ya «Şevrolet volt» modelidir. Sözügedən avtomobil həm elektrik, həm də qaz mühəriki olmaqla iki variantda təqdim olunur. Elektrik mühərriki ilə işləyən model enerji ilə tam təchiz olunduqda, fasiləsiz olaraq, təxminən 379 mil, başqa sözlə 600 kilometr məsafə qət edə bilir. Qalibin mükafatlandırma mərasiminin ardınca isə bir sıra məşhur markalar öz yeni modellərinin təqdimatını ediblər. İlk olaraq Yaponiyanın «Nisan» şirkəti yeni krossover və biznes klass avtomobillərini sərgiləyib.
Ardınca isə eyni firmadan olan offroder və kabrialetlər də tamaşaçıların ixtiyarına buraxılıb. Ən yadda qalan isə sonda nümayişə çıxarılan «Nissan zero sport kar»-ı olub.
«Nisan» rəhbərliyi artıq Britaniyada da yeni zavod açmaq niyyətində olduğunu açıqlayıb. Bununla bağlı rəsmi Londonla razılığa da gəlinib. Sanderlendədə açılacaq zavodda istehsalat prosesinə gələn il strt veriləcək.
Daha sonra səhnəyə alman markaları çıxıb. İlk olaraq «Audi» yeni modelini təqdim edib. «Audi - RS 4» mütəxəssilər tərəfindən yüksək qiymətləndirilib. Digər bir alman markası «Volksvagen» də iki yen modellə çıxış edib. Təqdim olunan «Kabriolet»-i isə avtosalonun gənc ziyarətçiləri çılğınlıqla qarşıdayıblar.
Daha sonra biznes kalss sinifinə aid - «Polo GT» podiuma çıxıb. Avtomobilə əlavə olunan bəzi detallar, xüsusən xromdan islənmiş interyer dekorasiyası onu sinfində birincilərdən edib.
İtalyan markası olan «Fiat»ın Serbiya ilə birgə istehsal etdiyi «Fiat 500» modelinin təqdimatı da maraqlı keçib. Belə ki, avtomobili Serbiya prezidenti Boris Tadiç şəxsən təqdim edib.

19:00 / 07.03.2012
 Dosta göndər   Çap et     Geri     Yuxarı 
Günün videosu
Teglər
Səhifəyə daxil olanların sayı

Online: 16
Bu gün: 12500
Bu ay: 421916
Ümumi: 13911532
Ölkə: Azerbaijan

RSS feed
rss-xəbərlərə qoşulmaq üçün buraya daxil olun

WAP
WAP-la xəbərləri izləmək buraya daxil olun

E_MAİL
bizə yazın