/* */
Online xəbərlər
Azerspace-1 46°E Tezlik 11135 MHz Polyarizasiya H Axın sureti 27500 FEC 5/6  ||   Azerspace-1 46°E Tezlik 11135 MHz Polyarizasiya H Axın sureti 27500 FEC 5/6  ||   Azerspace-1 46°E Tezlik 11135 MHz Polyarizasiya H Axın sureti 27500 FEC 5/6  ||  
Xəbərlər

Dünya

Lavrovla Klinton İranla bağlı müzakirələr aparıblar

Şriftin ölçüsü:  11px13px15px17px

Rusiyanın xarici işlər naziri Sergey Lavrov amerikalı həmkarı Hillari Klintonla telefonla danışıb. Söhbətin mövzusu Suriya və İran ətrafında cərayan edən proseslər olub. Bu arada «Həmas» təşkilatı, İsraillə müharibə başlayacağı təqdirdə İrana kömək etməyəcəyini açıqlayıb.
«Qardian» qəzetinin yazdığına görə, informasiyanı qruplaşmanın qəzza sektoru üzrə rəhbəri Salah Bərdəvil verib. «Həmas, regionda hərbi alyansın tərkib hissəsi deyil. Bizim strategiyamız, yalnız öz hüquqlarımızı müdafiə etməkdir» - deyə Bərdəvil bildirib. O, həmçinin, İsrailə də raket zərbələri endirməyəcəyini açıqlayıb. Qəzet yazir ki, belə olan təqdirdə İran, yalnız Livanda fəaliyyət göstərən «Hizbullah» təşkilatının dəstəyinə ümid edə bilər. Bu arada Birləşmiş Ştatlar prezidenti Barak Obama, yaxın aylar ərzində İrana qarşı sanksiyaların daha da sərtləşdiriləcəyini deyib. Dövlət başçısı, İsrailin İrana hava zərbələri endirmək planı barədə də fikirlərini açıqlayıb.
Bu arada Böyük Britaniyanın baş naziri Devid Kemeron, İsrailin İrana hücum etməsinin əleyhinə olduqların açıqlayıb. Onun fikrincə, problemin diplomatik yolla həllinə ümidlər hələ tükənməyib.

19:00 / 07.03.2012
 Dosta göndər   Çap et     Geri     Yuxarı 
Günün videosu
Teglər
Səhifəyə daxil olanların sayı

Online: 19
Bu gün: 14716
Bu ay: 290846
Ümumi: 11273307
Ölkə: Azerbaijan

RSS feed
rss-xəbərlərə qoşulmaq üçün buraya daxil olun

WAP
WAP-la xəbərləri izləmək buraya daxil olun

E_MAİL
bizə yazın