
Liviyanın neftlə zəngin Kirenaika bölgəsi muxtariyyət elan edib. Bu barədə qərar regionun paytaxtı - Benqazidə qəbul olunub.
Kirenaika Xalq Məclisinə çağırılmış iki minə yaxın nümayəndə keçmiş dissident - Əhməd Əz-Zubeyra Əs Sənussinin rəhbərliyi altında Ali Keçid Şurasının yaradılmasına qərar veriblər. Yerli tayfalardan olan yüzlərlə şeyx, Müəmmar Qəddafi rejiminə qarşı döyüşlərdə iştirak etmiş səhra komandirləri yeni federativ vahidin yaradılmasını elan ediblər. Kirenaikada nazirlikər və idarəçilik orqanları fəaliyyət göstərəcək. Muxtariyyət bölgədəki enreji resurslarından da müstəqil şəkildə istifadə edəcək. Əvvəllər regionnun gəlirləri paytaxt Tripoliyə istiqamətləndiyindən burada qərarın qəbul olunmasını narazılıqla qarşılayıblar. Milli Keçid Şurasının rəhbəri Mustafa Əbdül Cəlil muxtariyyətin elan olunmasını xarici qəsdin nəticəsi adlandırıb.
Xatırladaq ki, analitiklər Liviyanın parçalanacağı barədə dəfələrlə xəbərdarlıq etmişdilər. Buna əsas kimi isə onlar iqtisadi maraqları göstərirdilər. Lakin ölkənin bölünməsi heç də bütün vətəndaşların maraqlarına xidmət etmir.
Ekspertlər hesab edir ki, muxtariyyətin yaradılması Liviyanın büdcəsinə güclü zərbə vuracaq.
13:00 / 07.03.2012