
Avropa İttifaqı İranın, altılıq ölkələri ilə danışıqlara başlamaq barədə təklifinə müsbət cavab verib. Birləşmiş Ştatlar prezidenti Barak Obama isə İranın nüvə silahı əldə etməsinə göz yumayacaqlarını bir daha bəyan edib.
Birləşmiş Ştatların müdafiə naziri Leon Panetta isə İrana sərt mesaj göndərib - «Çalışın, səhv etməyin. Yoxsa, bütün səylər hədərə gedəcək. Biz hərəkətə keçməyə məcbur olacağıq» - onun sözlərinə görə, İran nüvə ambisiyalarından əl çəkməsə, müharibə qaçılmazdır.
13:00 / 07.03.2012