/* */
Online xəbərlər
Azerspace-1 46°E Tezlik 11135 MHz Polyarizasiya H Axın sureti 27500 FEC 5/6  ||   Azerspace-1 46°E Tezlik 11135 MHz Polyarizasiya H Axın sureti 27500 FEC 5/6  ||   Azerspace-1 46°E Tezlik 11135 MHz Polyarizasiya H Axın sureti 27500 FEC 5/6  ||  
Xəbərlər

Dünya

ABŞ Suriya ilə bağlı yeni qətnamə hazırlayıb

Şriftin ölçüsü:  11px13px15px17px

ABŞ Suriya məsələsi ilə bağlı yeni qətnamə layihəsi hazırlayıb. Layihənin yaxın zamanlarda BMT Təhlükəsizlik Şurasının daimi üzvləri və Mərakeşlə qapalı şəraitdə müzakirə olunacağı gözlənilir. Yeni qətnaməyə görə ABŞ Suriyadakı bütün münaqişə tərəflərini zorakılığı dayandırmağa çağırır. Lakin onlar ilk olaraq hökumət qoşunlarından silahı yerə qoymağı tələb edir. Sənəddə Moskva və Pekindən tələbləri yerinə yetirmək nəzərdə tutulur. Belə ki, qərb tərəfdarları Təhlükəsizlik Şurasında yeni layihənin müzakirəsinin formal prosedur olaraq qalmasınıı istəmirlər. Bir müddət öncə ABŞ Dövlət Departamentinin rəsmisi Viktoriya Nuland Vaşinqtonun Təhlükəsizlik Şurasının yeni qətnamə layihəsini nəzərdən keçirməyə hazır olduğunu bildirmişdi. Lakin o, qeyd etmişdi ki, layihə Rusiya, Çin və Şuranın digər üzvləri ilə razılaşdırılmayıb. Bu arada ABŞ Dövlət Departamenti Suriyada olan bütün ABŞ vətəndaşlarını təcili olaraq ölkəni tərk etməyə çağırıb. Eyni zamanda Departament amerikalıları Suriyaya səfər etməməyə səsləyib. Qeyd edək ki, fevralın 6-da Dəməşqdəki ABŞ səfirliyi ölkədə vəziyyətin gərginləşməsi ilə əlaqədar olaraq bağlanıb. Diplomatik missiyanın bütün personalı ölkəni tərk ediblər. Dünən Ağ Evdə keçirilən mətbuat konfransında çıxış edən ABŞ prezidenti Barak Obama Suriya qətnaməsi üzərində digər dövlətlərlə işi davam etdirməyə söz verib. Bununla yanaşı dövlət başçısı Suriya probleminin güc yolu ilə həllinin əleyhinə olduğunu bəyan edib. Qətnamənin reallaşması Suriya müxalifətinin dəstəklənməsini, onlara humanitar yardımın çatdırılmasını, hakim rejimin siyasi və iqtisadi təcrid olunmasını nəzərdə tutur. Suriya müxalifət qüvvələrinə birbaşa yardım paketi hələ keçən həftə ABŞ Milli Təhlükəsizlik Aparatının rəsmilərinin iclasında razılaşdırılıb. İndi yardım paketi nazirlər tərəfindən razılaşdırılmalıdır. Lakin ABŞ yardımının Suriyaya necə çatdırılacağı aydın deyil.

09:00 / 07.03.2012
 Dosta göndər   Çap et     Geri     Yuxarı 
Günün videosu
Teglər
Səhifəyə daxil olanların sayı

Online: 24
Bu gün: 14243
Bu ay: 290373
Ümumi: 11272834
Ölkə: Azerbaijan

RSS feed
rss-xəbərlərə qoşulmaq üçün buraya daxil olun

WAP
WAP-la xəbərləri izləmək buraya daxil olun

E_MAİL
bizə yazın