/* */
Online xəbərlər
Azerspace-1 46°E Tezlik 11135 MHz Polyarizasiya H Axın sureti 27500 FEC 5/6  ||   Azerspace-1 46°E Tezlik 11135 MHz Polyarizasiya H Axın sureti 27500 FEC 5/6  ||   Azerspace-1 46°E Tezlik 11135 MHz Polyarizasiya H Axın sureti 27500 FEC 5/6  ||  
Xəbərlər

Dünya

Avropa İttifaqına üzv dövlətlər arasında fikir ayrılığı yaranıb

Şriftin ölçüsü:  11px13px15px17px

Avropa İttifaqına üzv dövlətlər arasında fikir ayrılığı yaranıb - quruma üzv dövlətlərin bəziləri Yunanıstana əlavə olaraq, 50 milyard avro həcmində maliyyə tranşının ayrılması barədə qərarla razılaşmırlar. Bu arada İspaniya və Yunanıstanda ilin sonunadək iqtisadi böhran pik həddinə çata bilər. «Avropa İttifaqının İspaniya hökuməti qarşısında qoyduğu öhdəliklərin bu ilin sonunadək yerinə yetirilməsi qeyri - mümkündür» - belə bəyanatla birliyin iqtisadiyyat üzrə komissiyasının rəhbəri Amadeu Altafay çıxış edib. Xatırladaq ki, Avropa İttifaqı rəsmi Madrid qarşısında ilin sonunadək büdcə kəsrini 6 faizdən aşağı salmaqla bağlı şərt qoyub. Hazırda bu göstərici 8.5 faizə bərabərdir. Qarşıdakı 10 ay ərzində isə bu bu rəqəmin tələb olunan səviyyəyə endirilməsi real görünmür. Altafayın fikrincə, ittifaqın bu məsələdə İspaniyaya təzyiq etməsi problemin həllinə kömək etməyəcək. Əksinə, ilin sonunda təxminən 20 miyard avroluq kəsir qeydə alına bilər. Bundan əlavə, işsizliyin səviyyəsinin həmin dövr ərzində 6 milyona və ya başqa sözlə 26 faizə çatması riski artır. Qeyd edək ki, hazırda İspaniyada işsiz əhalinin sayı 5 milyonu ötüb. Hər ay isə orta hesabla 5 mindən artıq insan iş yerini itirir. Bu arada Beynəlxalq Valyuta Fondu və Avropa Mərkəzi Bankı Yunanıstana 130 milyard avroluq yardımdan əlavə ilin sonunadək daha 50 milyard avro həcmində maliyyə tranşı ayırmaqla bağlı qərar qəbul edib. Lakin bu açıqlama Avropa İttifaqı ölkələri arasında birmənalı qarşılanmayıb. Almaniya kansleri Angela Merkel qərara kəskin etirazını bildirib. Xanım merkelin fikrincə, birtərəfli qaydada hər hansı bir ölkəyə durmadan kreditlərin ayırlması Avropanın digər ölkələrində iqtisadi tənəzzülü sürətləndirə bilər.

19:00 / 06.03.2012
 Dosta göndər   Çap et     Geri     Yuxarı 
Günün videosu
Teglər
Səhifəyə daxil olanların sayı

Online: 25
Bu gün: 15958
Bu ay: 329114
Ümumi: 10361647
Ölkə: Azerbaijan

RSS feed
rss-xəbərlərə qoşulmaq üçün buraya daxil olun

WAP
WAP-la xəbərləri izləmək buraya daxil olun

E_MAİL
bizə yazın