/* */
Online xəbərlər
Azerspace-1 46°E Tezlik 11135 MHz Polyarizasiya H Axın sureti 27500 FEC 5/6  ||   Azerspace-1 46°E Tezlik 11135 MHz Polyarizasiya H Axın sureti 27500 FEC 5/6  ||   Azerspace-1 46°E Tezlik 11135 MHz Polyarizasiya H Axın sureti 27500 FEC 5/6  ||  
Xəbərlər

Hadisələr

Yol qəzaları xeyli can aldı

Şriftin ölçüsü:  11px13px15px17px

Yola saldığımız istirahət günləri ağır yol-nəqliyyat hadisələri ilə yadda qalıb. Qəzalar nəticəsində xeyli sayda ölənlər və yaralananlar var. İlk qanlı hadisə Hacıqabul-Bəhramtəpə yolunun Sabirabad rayonu ərazisindən keçən hissəsində baş verib. «Vaz» markalı avtomobil yolun 21 -ci kilometrliyində quraşdırılan radar dirəyinə çırpılıb. Sürücü, Sabirabad rayon polis şöbəsinin əməkdaşı, polis çavuşu Nicat Cavadov hadisə yerində dünyasın dəyişib. Polis baş leytenatı 29 yaşlı Şəhriyar Sultanov isə xəsarət alıb. Şirvan şəhər mərkəzi xəstəxanasına yerləşdirilən yaralanın vəziyyəti kafi qiymətləndirilir. Növbəti hadisə Salyanda, yeni tikilən, hələ ki istifadəyə verilməyən Ələt-Astara magistralında baş verib. Burada isə, «Mersdes» markalı avtomobil yolun üzərində qoyulan dəmir-beton dirəyə çırpılıb. Nəticədə, inşat işlərində çalışan Qəbələnin Zarağan kənd sakini, 52 yaşlı Mürvət Nəsibov ölüb. Digər işçi - Biləsuvar sakini 24 yaşlı İmaməli Həsənov isə müxtəlif dərəcəli bədən xəsarətləri alıb. O, Salyan rayon mərkəzi xəstəxanasına çatdırılıb. Qeyd edək ki, hər iki hadisəyə qatı dumanda sürət həddinin düzgün seçilməməsi səbəb olub. Ötən gün, günün ikinci yarısında İmişlidə baş verən yol qəzası da itkisiz ötüşməyib. 1 nəfər ölüb, 2 nəfər yaralanıb. Hadisə Bakı-Horadiz avtombil yolunun bəhramtəpə qəsəbəsindən keçən hissəsində baş verib. “Vaz” və “Merseds” markalı avtomobillər toqquşub. İmişlidə məskunlaşan Cəbrayıl rayon sakini, 53 yaşlı Elxan Məhərrəmov hadisə yerində ölüb. Digər Cəbrayıl sakini, 60 yaşlı Qorxmaz Hüseynov, İmişlinin Sarxanlı kənd sakini, 40 yaşlı Qabil Cabbarov isə müxtəlif dərəcəli bədən xəsarətləri alıblar. İmişli rayon mərkəzi xəstəxanasına yerləşdirlən yaralıların həyatı təhlükəsinin olmadığı bildirilir. Bakı-Qazax magistralında qeydə alınan yol nəqliyyat hadisəsi də ağır nəticələnib. Bir ailənin 4 üzvü xəsarət alıb. Hadisəyə magistralın Ələt qəsəbəsi ərazisindən keçən hissəsində “Opel” markalı minik avtomobilinin qarşıdan gedən mişar daşı ilə yüklənmiş avtomobilə çırpılması səbəb olub. Qəza zamanı sürücü, 26 yaşlı Vüqar Məmmədov, Fuad, Lamiyə və Vəfa məmmədovalar müxtəlif dərəcəli bədən xəsarətləri alıblar. Fuad Bakıya, digər xəsarət alanlar isə Şirvan şəhər mərkəzi xəstəxanasına çatdırılıb. Lamiyə Məmmədovanın vəziyyətinin ağır olduğu bildirilir. Bu gün səhər baş verən qəzalar da can alıb. Sabirabadda minik avtomobili yük maşını ilə toqquşub, ailə üzvlərindən biri ölüb, üçü yaralanıb. Bakı-Quba yolunda isə avtomobilin işıq dirəyinə çırpılması nəticəsində ər-arvad həyatını itirib. Elman Əliyev

13:00 / 20.11.2017
 Dosta göndər   Çap et     Geri     Yuxarı 
Günün videosu
Teglər
Səhifəyə daxil olanların sayı

Online: 15
Bu gün: 2431
Bu ay: 514947
Ümumi: 13339245
Ölkə: Azerbaijan

RSS feed
rss-xəbərlərə qoşulmaq üçün buraya daxil olun

WAP
WAP-la xəbərləri izləmək buraya daxil olun

E_MAİL
bizə yazın