/* */
Online xəbərlər
Azerspace-1 46°E Tezlik 11135 MHz Polyarizasiya H Axın sureti 27500 FEC 5/6  ||   Azerspace-1 46°E Tezlik 11135 MHz Polyarizasiya H Axın sureti 27500 FEC 5/6  ||   Azerspace-1 46°E Tezlik 11135 MHz Polyarizasiya H Axın sureti 27500 FEC 5/6  ||  
Xəbərlər

Hadisələr

Ağır yol qəzaları baş verib

Şriftin ölçüsü:  11px13px15px17px

Gəncədə ağır yol qəzası baş verib. Şəhərin qərb çıxışında, Gəncə-Şəmkir avtomobil yolunda «Mersedes» markalı avtomobil səkiyə çırpılaraq aşıb. Nəticədə avtomobilin sürücüsü, Gəncə sakini 25 yaşlı Kənan Ələkbərov və sərnişin, 23 yaşlı Nicat Nağıyev dünyasını dəyişib. Avtomobildə sıxılmış vəziyyətdə qalmış meyitləri hadisə yerinə cəlb olunan Fövqəladə Hallar Nazirliyinin xilasediciləri çıxararaq aidiyyəti üzrə təhvil veriblər. İlkin ehtimala görə, hərəkətdə olan avtomobilin qarşısına it çıxıb. İti vuran sürücü idarəetməni itirərək avtomobili yolun kənarına aşırıb. Yevlaxda da yol qəzası qeydə alınıb. Xaldan-Mingəçevir avtomobil yolunun 7-ci kilometrliyində, rayonun Hacıselli kəndi yaxınlığında yüksək sürətlə hərəkətdə olan “Vaz” markalı avtomobillər toqquşub. Nəticədə “Vaz-2106” markalı avtomobilin sürücüsü, Yevlax sakini 52 yaşlı Elçin Rüstəmov və digər avtomobildə olan şəxs, 42 yaşlı Nizami Əzizov müxtəlif dərəcəli bədən xəsarətləri alıblar. Yaralılar Mingəçevir şəhər xəstəxanasına yerləşdiriliblər.

11:00 / 03.11.2017
 Dosta göndər   Çap et     Geri     Yuxarı 
Günün videosu
Teglər
Səhifəyə daxil olanların sayı

Online: 15
Bu gün: 9432
Bu ay: 106620
Ümumi: 17327073
Ölkə: Azerbaijan

RSS feed
rss-xəbərlərə qoşulmaq üçün buraya daxil olun

WAP
WAP-la xəbərləri izləmək buraya daxil olun

E_MAİL
bizə yazın