/* */
Online xəbərlər
Azerspace-1 46°E Tezlik 11135 MHz Polyarizasiya H Axın sureti 27500 FEC 5/6  ||   Azerspace-1 46°E Tezlik 11135 MHz Polyarizasiya H Axın sureti 27500 FEC 5/6  ||   Azerspace-1 46°E Tezlik 11135 MHz Polyarizasiya H Axın sureti 27500 FEC 5/6  ||  
Xəbərlər

Hadisələr

Dəhşətli qəzada 7 nəfər həyatını itirdi

Şriftin ölçüsü:  11px13px15px17px

Bu gecə İsmayıllı rayonunda dəhşətli yol nəqliyyat hadisəsi baş verib. İki minik avtomobilinin toqquşması nəticəsində 7 nəfər həyatını itirib. Hadisə ilə bağlı Fəövqəladə Hadisə İsmayıllı-Qəbələ avtomobil yolunun Topçu kəndi ərazisindən keçən hissəsində baş verib. 99-DF-907 dövlət nömrə nişanlı “Opel Zafira” markalı minik avtomobili qarşı tərəfdən gələn 99-AL- 238 dövlət nömrə nişanlı “Toyota Prado” markalı minik avtomobili ilə toqquşub. Hadisə nəticəsində Şəki sakini 1964-cü il təvəllüdlü Abbasov Rahim Sərkər oğlu, 1978-ci il təvəllüdlü Bayramov Ruzigar Məmməd oğlu, Qax sakinləri - 1977-ci il təvəllüdlü Kərimov Yaşar Kamal oğlu, 1998-ci il təvəllüdlü Kərimli Rufanə Yaşar qızı, eləcə də təxminən 8-13 yaşlarında olan 3 uşaq - Alim Süleymanlı, Orxan Süleymanlı və Ayxan Süleymanlı aldığı ağır xəsarətlər səbəbindən hadisə yerində dünyasını dəyişib.
Hadisə yerinə cəlb olunan Fövqəladə Hallar Nazirliyninin İsmayıllı Dövlət Yanğından Mühafizə Hissəsinin xilasediciləri kəsici alətlər vasitəsilə deformasiyaya uğrayan “Opel Zafira”da sıxılmış vəziyyətdə qalaraq dünyasını dəyişən şəxslərin meyitlərini çıxarıblar. Hadisənin yağışlı havada yolun sürüşkən olması və sürücülərin avtomobilləri sürətlə idarəetməsi səbəbindən baş verdiyi bildirilir. “Toyota Prado” markalı minik avtomobilinin sürücüsünün Böyük Britaniya vətəndaşı olduğu və onun xəsarət alaraq Qəbələ rayon Müalicə və Diaqnostika Mərkəzinə aparıldığı bildirilir. Faktla bağlı Baş Dövlət Yol Polisi İdarəsinin istintaq və təhqiqat şöbəsi tərəfindən araşdırma aparılır.

09:00 / 27.09.2017
 Dosta göndər   Çap et     Geri     Yuxarı 
Günün videosu
Teglər
Səhifəyə daxil olanların sayı

Online: 19
Bu gün: 17010
Bu ay: 306995
Ümumi: 14441356
Ölkə: Azerbaijan

RSS feed
rss-xəbərlərə qoşulmaq üçün buraya daxil olun

WAP
WAP-la xəbərləri izləmək buraya daxil olun

E_MAİL
bizə yazın