/* */
Online xəbərlər
Azerspace-1 46°E Tezlik 11135 MHz Polyarizasiya H Axın sureti 27500 FEC 5/6  ||   Azerspace-1 46°E Tezlik 11135 MHz Polyarizasiya H Axın sureti 27500 FEC 5/6  ||   Azerspace-1 46°E Tezlik 11135 MHz Polyarizasiya H Axın sureti 27500 FEC 5/6  ||  
Xəbərlər

Hadisələr

Partlayışın fəsadları aradan qaldırılır

Şriftin ölçüsü:  11px13px15px17px

Xızıdakı n saylı hərbi hissəsinin silah-sursat anbarında baş vermiş partlayış nəticəsində zərər dəymiş evlərin gələn həftə bərpasına başlanılacaq. Tamamilə yararsız hala düşmüş evlər söküləcək və yerində yenisi tikiləcək. Eyni zamanda ərazilərin silah sursat qəlpələrindən təmizlənməsi işi də davam etdirilir.
İlkin mərhələdə yaşayış sahələrinə yaxın ərazilərdə Fövqəladə Hallar Nazirliyi və ANAMA tərəfindən qəlpələr və partlamamış sursatlar təmizlənib. Hazırda isə sakinlərə dəymiş ziyanın aradan qaldırılması istiqamətində işlərə başlanılması planlaşdırılır.
Otlaq sahələrinin də təmizlənməsi əsas vəzifələrdən biridir. Partlayış o qədər güclü olub ki, hətta sahil zolağına yaxın ərazilərə də sursatların qəlpələri yayılıb. Ümumiyyətlə partlayış baş vermiş ərazidə sursat və qəlpələrin yayılma dərəcəsi çox ağır qiymətləndirilir.
Qeyd edək ki, avqustun 27-də Xızıda Müdafiə Nazirliyinin n saylı hərbi hissəsində silah sursat anbarında partlayış baş verib. Nəticədə 6 nəfər xəsarət alıb. Partlayış nəticəsində sursatlar və qəlpələr ətraf ərazilərə yayılıb.
Vüsal Qaraca

21:00 / 26.09.2017
 Dosta göndər   Çap et     Geri     Yuxarı 
Günün videosu
Teglər
Səhifəyə daxil olanların sayı

Online: 30
Bu gün: 16788
Bu ay: 284829
Ümumi: 13774445
Ölkə: Azerbaijan

RSS feed
rss-xəbərlərə qoşulmaq üçün buraya daxil olun

WAP
WAP-la xəbərləri izləmək buraya daxil olun

E_MAİL
bizə yazın