/* */
Online xəbərlər
Azerspace-1 46°E Tezlik 11135 MHz Polyarizasiya H Axın sureti 27500 FEC 5/6  ||   Azerspace-1 46°E Tezlik 11135 MHz Polyarizasiya H Axın sureti 27500 FEC 5/6  ||   Azerspace-1 46°E Tezlik 11135 MHz Polyarizasiya H Axın sureti 27500 FEC 5/6  ||  
Xəbərlər

Hadisələr

Həftə sonu bölgələrdə qəzalar baş verdi

Şriftin ölçüsü:  11px13px15px17px

Bu həftəsonu da bölgələrimizdə qəzalarsiz ötüşməyib. Yüksək sürət və ani ehtiyatsizliq bu dəfə də bir neçə insanin həyatina son qoyub. Bərdədə toy karvaninda gedən avtomobillərdən biri yol kənarinda su içən 4 nəfəri vuraraq hadisə yerindən qaçib. Onlarin da hər biri toya dəvətli şəxslər olub. Hadisə rayonun yeni Daşkənd kəndi ərazisində baş verib. “Vaz”-2106 markali avtomobil, hərəkətdə olan zaman sürücü idarəetməni itiriərək yol kənarinda su içən piyadalari vurub. Nəticədə 1962-ci il təvəllüdlü Ağapəri Məmmədova hadisə yerində dünyasini dəyişib. Digər 3 nəfər: ağir bədən xəsarətləri aliblar. Yaralilar Bərdə rayon mərkəzi xəstəxanasina çatdirilib. Onlarin vəziyyətinin ağir olduğu bildirilir. Ağdamda isə avtomobil piyadani vurub. Hadisə rayonun Quzanli qəsəbəsində baş verib. Rayon sakini Ələkbər Nəcəfov idarə etdiyi “Vaz” 2107 markali avtomobili ilə 32 yaşli Elnur Mehdiyevi vurub. Yarali Ağdam mərkəzi rayon xəstəxanasina çatdirilib. Həkimlər onun vəziyyətini orta ağir qiymətləndirirlər. Oğuzda baş verən ağir yol qəzasinda isə 3 nəfər ölüb, 4 nəfər xəsarət alib. Hadisə Qaraməryəm-Ismayilli-Şəki magistiral yolunun Oğuz rayonundan keçən hissəsində baş verib. Şəki rayonu sakini, 1971-ci il təvəllüdlü Vəlyəddin Hümbətovun idarə etdiyi “Mersedes” markali avtomobil Oğuz rayon sakini 1990-ci il təvəllüdlü Cəmil Abdullayevin idarəetdiyi "Volkswagen " markali avtomobilə toqquşub. Ağir yol qəzasindan sonra avtomobillərin birində sərnişin qismində olan, Qəbələ rayon sakini Müzəffər Fətəliyev aldiği ağir bədən xəsarətlərindən hadisə yerində dünyasini dəyişib. Qəza nəticəsində müxtəlif dərəcəli bədən xəsarətləri alan 6 nəfər Oğuz mərkəzi rayon xəstəxanasina apariliblar. Vəlyəddin Hümbətov və Şükür Ağamirzəyevin həyatini xilas etmək mümkün olmayib. Hər üç faktla bagli araşdirma aparilir.

13:00 / 21.08.2017
 Dosta göndər   Çap et     Geri     Yuxarı 
Günün videosu
Teglər
Səhifəyə daxil olanların sayı

Online: 13
Bu gün: 23889
Bu ay: 460777
Ümumi: 12639164
Ölkə: Azerbaijan

RSS feed
rss-xəbərlərə qoşulmaq üçün buraya daxil olun

WAP
WAP-la xəbərləri izləmək buraya daxil olun

E_MAİL
bizə yazın