/* */
Online xəbərlər
Azerspace-1 46°E Tezlik 11135 MHz Polyarizasiya H Axın sureti 27500 FEC 5/6  ||   Azerspace-1 46°E Tezlik 11135 MHz Polyarizasiya H Axın sureti 27500 FEC 5/6  ||   Azerspace-1 46°E Tezlik 11135 MHz Polyarizasiya H Axın sureti 27500 FEC 5/6  ||  
Xəbərlər

Hadisələr

İki qəzada üç nəfər həlak oldu

Şriftin ölçüsü:  11px13px15px17px

Zaqatalada bir gecədə baş verən iki müxtəlif ağır yol nəqliyyat hadisəsiində 3 nəfər dünyasını dəyişib. İki nəfərin ölümü ilə nəticələnən ağır yol nəqliyyat hadisəsi gecə saat 4 radələrində baş verib. Zaqatala rayonu Aşağı Tala kənd sakini Taleh Qaracayev, idarə etdiyi “Vaz 21-06” markalı avtomobillə hərəkətdə olarkən idarəetməni itirərək, yolun kənarındakı ağaca çırpılıb. Sürücü hadisə yerinədəcə keçinib. Avtomobildə olan sərnişin Qismət Yunusov isə xəstəxanaya çatdırılsa da, onun da həyatını xilas etmək mümkün olmayıb. Ölümlə nəticələnən ağır yol qəzalarından biri isə rayonun Azərbaycan prospektində qeydə alınıb. Zaqatala rayonu Yuxarı Tala kənd sakini Rəsul Ramazanovun idarə etdiyi “Vaz 21-09” markalı avtomobillə Zaqatala şəhər sakini Qulu Razıyevin idarə etdiyi “Vaz 21-06” markalı avtomobil toqquşub. Qəzadan sonra hər iki avtomobilin sürücüsü, avtomobildə olan sərnişin Anar Hacıabdulhəmidzadə aldıqları müxtəlif dərəcəli bədən xəsarətləri ilə rayon mərkəzi xəstəxanasına aparılıblar. Həkimlərin səyinə baxmayaraq, yaralı sürücü 70 yaşlı Qulu Razıyevin həyatını xilas etmək mümükün olmayıb.

13:00 / 05.08.2017
 Dosta göndər   Çap et     Geri     Yuxarı 
Günün videosu
Teglər
Səhifəyə daxil olanların sayı

Online: 14
Bu gün: 23909
Bu ay: 460797
Ümumi: 12639184
Ölkə: Azerbaijan

RSS feed
rss-xəbərlərə qoşulmaq üçün buraya daxil olun

WAP
WAP-la xəbərləri izləmək buraya daxil olun

E_MAİL
bizə yazın