/* */
Online xəbərlər
Azerspace-1 46°E Tezlik 11135 MHz Polyarizasiya H Axın sureti 27500 FEC 5/6  ||   Azerspace-1 46°E Tezlik 11135 MHz Polyarizasiya H Axın sureti 27500 FEC 5/6  ||   Azerspace-1 46°E Tezlik 11135 MHz Polyarizasiya H Axın sureti 27500 FEC 5/6  ||  
Xəbərlər

Hadisələr

Şəkidə meşəlik ərazilərdə güclü yanğın baş verib

Şriftin ölçüsü:  11px13px15px17px

Şəkidə meşəlik ərazilərdə güclü yanğın baş verib. Yanğının söndürülməsi üçün ətraf rayonlardan yanğınsöndürənlər,qonşu kəndlərdən isə kənd sakinləri cəlb olunub. Yanğın günorta saatlarında Şəki meşə mühafizəsi və bərpası müəssisəsinin Göynük meşəbəyliyinin 2 saylı dolayında və həmin əraziyə bitişik rayonun Baqqal kənd bələdiyyəsinə məxsus sahələrində baş verib. Təqribən 6 saat davam edən yanğını söndürmək mümkün olub. Yanğın nəticəsində ümumilikdə 18 hektar ərazidə kol-kos, quru ot və xırda ağaclar yanıb. Yanğın baş verən ərazilər böyük olduğundan, Baqqal, Aşağı Göynük, Baş Göynük, Baş Şabalıd, Biləcik və digər kəndlərdən sakinlər əraziyə gələrək yanğının söndürülməsinə yardım ediblər. Günorta saat 14 radələrində başlayan yanğın axşam saat 20 radələrində söndürülüb. Faktla bağlı araşdırma aparılır.

13:00 / 01.08.2017
 Dosta göndər   Çap et     Geri     Yuxarı 
Günün videosu
Teglər
Səhifəyə daxil olanların sayı

Online: 16
Bu gün: 12668
Bu ay: 422084
Ümumi: 13911700
Ölkə: Azerbaijan

RSS feed
rss-xəbərlərə qoşulmaq üçün buraya daxil olun

WAP
WAP-la xəbərləri izləmək buraya daxil olun

E_MAİL
bizə yazın