/* */
Online xəbərlər
Azerspace-1 46°E Tezlik 11135 MHz Polyarizasiya H Axın sureti 27500 FEC 5/6  ||   Azerspace-1 46°E Tezlik 11135 MHz Polyarizasiya H Axın sureti 27500 FEC 5/6  ||   Azerspace-1 46°E Tezlik 11135 MHz Polyarizasiya H Axın sureti 27500 FEC 5/6  ||  
Xəbərlər

Hadisələr

Bir ailənin 4 üzvü qətlə yetirildi

Şriftin ölçüsü:  11px13px15px17px

Baş Prokurorluq və DİN Hacıqabulda törədilən dəhşətli cinayətlə bağlı birgə məlumat yayıb. Məlumatda faktla bağlı Hacıqabul rayon prokurorluğunda cinayət işi başlanıldığını , iş üzrə müvafiq ekspertizalar təyin edildiyi bildirilir. Xatırladaq ki, Hacıqabulda törəlidən silahlı insident nəticəsində bir ailənin 4 üzvü qətlə yetirilib, 1 nəfər isə ağır yaralanıb. Hadisəni törədən şəxs intihar edib. Dəhşətli hadisə səhər saatlarında, Bayram İbrahimov küçəsində qeydə alınıb. Hacıqabul şəhər sakini, 46 yaşlı Mübariz Mehdiyev odlu silahla qəmbərovlar ailəsinə məxsus fərdi yaşayış evinə basqın edib. Qəfil içəri daxil olan gözlənilməz qonaq, qarşısına çıxan hər kəsi güllələyib. 29 yaşlı Namiq, 64 yaşlı Nazim, 55 yaşlı Gülbağda və 59 yaşlı Bibilər qənbərovlar odlu silahdan açılan atəş nəticəsində hadisə yerində dünyasın dəyişib. Ailənin digər üzvü 70 yaşlı Məmməd Qənbərov isə ağır yaralanıb. Hacıqabul rayon mərkəzi xəstəxanasına yerləşdirilən ahıl yaşlı kişinin vəziyyəti orta ağır qiymətləndirilir. Qəmbərovlar ailəsini qanına qəltan edən Mübariz Mühdiyevə gəlincə, o da artıq həyatda deyil. Qətli törətdikdən sonra həmən mənzildə özünə qəsd edib. Hadisə yeri hüquq-mühafizə orqanları tərəfindən nəzarətə götürülüb. İlkin məlumata görə, basqınçı ilə qəmbərovlar ailəsi arasında hələlik təfərrüatları dəqiq bilinməyən münaqişə yaşanıb. Məlumata görə Mübariz Mehdiyev bir müddət əvvəl qəmbərovlar tərəfindən qətlə yetirilən qardaşının qisasnı alıb.

Elman Əliyev

19:00 / 31.07.2017
 Dosta göndər   Çap et     Geri     Yuxarı 
Günün videosu
Teglər
Səhifəyə daxil olanların sayı

Online: 25
Bu gün: 13454
Bu ay: 422870
Ümumi: 13912486
Ölkə: Azerbaijan

RSS feed
rss-xəbərlərə qoşulmaq üçün buraya daxil olun

WAP
WAP-la xəbərləri izləmək buraya daxil olun

E_MAİL
bizə yazın