
Biləsuvarda baş verən yanğında ikisi azyaşlı olmaqla 3 nəfər yanıq xəsarətləri alıb. Yanan uşaqlardan biri xəstəxanada dünyasını dəyişib. Hadisə rayon mərkəzində, Natiq Aslanova məxsus birmərtəbəli 3 otaqdan iabrət fərdi yaşayış evində baş verib. Yanğın zamanı ana və iki azyaşlı övladı evdə yatmış halda olub. Tüstünü hiss edən ana 4 yaşlı körpəsini qucağına götürərk pəncərədən bayıra çıxa bilib. Lakin 7 yaşlı ümid aslanlı özünü itirərək çarpayının altına girib və çoxsaylı yanq xəsarətləri alıb. Hadisə yerinə gələn biləsuvar yanğından mühafizə hissəsinin yanğısöndürənləri alovu söndürüblər. Ailə üzvləri yanıq xəsarətləri ilə xəstəxanaya çatdırılıb. Həkimlərin səyinə baxmayaraq ümid aslanlı həyatını itirib.
13:00 / 17.06.2017