
Qaxda avtomobil təmiri sexi içərisindəki maşinla birlikdə yanıb.
Hadisə dünən axşam saatlarında Qorağan kəndində Sadəddin Rəhimovun yaşadığı evin həyətyanı sahəsində tikilmiş ümumi sahəsi 20 kvadrat metr olan təmiri sexində baş verib. Yanğın nəticəsində sexin yanar konstruksiyaları və təmirdə olan “Vaz 21099” markalı avtomobil yanıb. Hadisə yerinə Fövqaladə Hallar Nazirliyinin Qax rayon Dövlət Yanğından Mühafizə Hissəsinin texnikası və canlı qüvvəsi cəlb edilib, xəsarət alan olmayib. Faktla bağlı araşdırma aparılır.
09:00 / 02.06.2017