
Kürdəmirdə avtomobil yanıb. Hadisə dünən Ağsu- Kürdəmir -İmişli yolunun 57-ci kilometrliyində Kürdəmir rayon ərazisində qeydə alınıb. Kürdəmir rayon sakini 52 yaşlı İnqilab Məhərrəm oğlu Həsənovun idarə etdiyi "Qaz-31" markalı minik maşını hərəkətdə olarkən qəflətən alışıb. Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin Şirvan şəhər Yanğından Mühafizə Hissəsinin yanğınsöndürənləri cəlb olunub. Yanğın qısa müddətdə söndürülüb. Hadisə zamanı xəsarət alan olmayıb.
09:00 / 29.05.2017