/* */
Online xəbərlər
Azerspace-1 46°E Tezlik 11135 MHz Polyarizasiya H Axın sureti 27500 FEC 5/6  ||   Azerspace-1 46°E Tezlik 11135 MHz Polyarizasiya H Axın sureti 27500 FEC 5/6  ||   Azerspace-1 46°E Tezlik 11135 MHz Polyarizasiya H Axın sureti 27500 FEC 5/6  ||  
Xəbərlər

Hadisələr

Ata azyaşlı oğlunu qətlə yetirib

Şriftin ölçüsü:  11px13px15px17px

Sabirabadda dəhşətli qətl törədilib. Ata azyaşlı oğlunu çəkiclə başına vuraraq qətlə yetirib. Hadisə rayonun Ulacalı kəndində baş verib. Kənd sakini, 27 yaşlı Röyal Məmmədov 7 yaşlı oğlu Röyamini öldürüb. Oğurluğa görə cinayət məsuliyyətinə cəlb olunan Röyal Məmmədov iki il əvvəl məhkumluqdan qayıdıb. Narkotik aludəçisi olan Röyal tez-tez həyat yoldaşı və qayınanası ilə münaqişə edirmiş. Növbəti mübahisə zamanı bıçağa əl atan bu şəxs arvadını onun başını kəsəcəyi ilə hədələyib. Həyat yoldaşı Günel Məmmədova qorxusundan qaçaraq evin zirzəmisində gizlənib. Onu tapa bilməyən Röyal Məmmədov oğlunu aldadaraq anasının yanına aparacağını deyib. Daha sonra uşağı köhnə kənd yeməkxanaya aparıb və tikilinin zirzəmisində başına 6 çəkic zərbəsi vurmaqla amansızlıqla öldürüb. Polis qatil atanı saxlayıb. Faktla bağlı Sabirabad rayon prokurorluğunda cinayət işi başlanılıb. Qeyd edək ki, Röyal Məmmədovun ikinci nikahından 3 uşağı olub. Röyamin onların böyüyü idi.

19:00 / 29.03.2017
 Dosta göndər   Çap et     Geri     Yuxarı 
Günün videosu
Teglər
Səhifəyə daxil olanların sayı

Online: 25
Bu gün: 9167
Bu ay: 158908
Ümumi: 14293269
Ölkə: Azerbaijan

RSS feed
rss-xəbərlərə qoşulmaq üçün buraya daxil olun

WAP
WAP-la xəbərləri izləmək buraya daxil olun

E_MAİL
bizə yazın