
Şəkidə dağlıq ərazidə ova çıxan gənc yıxılaraq dünyasını dəyişib. Ötən gün axşam saatlarında rayonun Şin kəndinin inzibati ərazisinin yaxınlığındakı yüksək dağlıq ərazidən meyiti tapılan şəxsin sözügedən kəndin sakini, 26 yaşlı Mehman Cəmilov olduğu üzə çıxıb. Məlum olub ki, Fərhad Cəmilov qayadan yıxılıb və aldığı xəsarətdən hadisə yerindəcə ölüb. Faktla bağlı Şəki rayon prokurorluğunda araşdırma aparılır.
19:00 / 03.03.2017