/* */
Online xəbərlər
Azerspace-1 46°E Tezlik 11135 MHz Polyarizasiya H Axın sureti 27500 FEC 5/6  ||   Azerspace-1 46°E Tezlik 11135 MHz Polyarizasiya H Axın sureti 27500 FEC 5/6  ||   Azerspace-1 46°E Tezlik 11135 MHz Polyarizasiya H Axın sureti 27500 FEC 5/6  ||  
Xəbərlər

Hadisələr

Dönərxanada partlayış baş verib

Şriftin ölçüsü:  11px13px15px17px

Gəncədə dönərxanada partlayış baş verib. Şəhərin Nizami prospekti, 183 - D ünvanında qeydə alınan hadisəyə qaz sızması səbəb olub. Dönər hazırlamaq üçün istifadə olunan qurğuda qaz sızması nəticəsində partlayış, ardınca isə yanğın qeydə alınıb. Hadisə zamanı obyektin işçisi, 36 yaşlı Azər Qarayev yüngül bədən xəsarətləri alıb, müştərilər isə zərər görmədən təxliyə olunub. Əraziyə Gəncə şəhər Dövlət Yanğından Mühafizə İdarəsinin 3 yanğınsöndürən maşını və canlı qüvvəsi cəlb edilib. Alovun qarşısı alınıb. Faktla bağlı araşdırma aparılır. Kürdəmirdə baş verən yanğına isə elektrik naqillərindəki qısaqapanmanın səbəb olduğu bildirilir. Hadisə rayonun Xırdapay kəndində, 62 yaşlı Malay Cəbrayılova məxsus, ümumi sahəsi 230 kvadratmetr olan 6 otaqlı fərdi evdə baş verib. Evin 55 kvadratmetri əşyaları ilə birlikdə tamamilə yanıb. Alovu Kürdəmir rayon yanğından mühafizə hissəsinin briqadası söndürüb. Evin qalan hissəsi yanğından mühafizə olunub.

19:00 / 15.02.2017
 Dosta göndər   Çap et     Geri     Yuxarı 
Günün videosu
Teglər
Səhifəyə daxil olanların sayı

Online: 22
Bu gün: 8439
Bu ay: 315117
Ümumi: 13804733
Ölkə: Azerbaijan

RSS feed
rss-xəbərlərə qoşulmaq üçün buraya daxil olun

WAP
WAP-la xəbərləri izləmək buraya daxil olun

E_MAİL
bizə yazın