/* */
Online xəbərlər
Azerspace-1 46°E Tezlik 11135 MHz Polyarizasiya H Axın sureti 27500 FEC 5/6  ||   Azerspace-1 46°E Tezlik 11135 MHz Polyarizasiya H Axın sureti 27500 FEC 5/6  ||   Azerspace-1 46°E Tezlik 11135 MHz Polyarizasiya H Axın sureti 27500 FEC 5/6  ||  
Xəbərlər

Hadisələr

Ərzaq mağazasında yanğın hadisəsi baş verib

Şriftin ölçüsü:  11px13px15px17px

Gəncə şəhəri Dədə Qoqrqud küçəsi 224 b ünvanında yerləşən Oqtay İsmayılova məxsus ərzaq mağazasında yanğın hadisəsi baş verib. Hadisə nəticəsində 21 kv metr ərazisi olan tikili bütövlükdə yanıb. Yanğın güclü olduğundan, alov qısa zaman ərzində ərzaq mağazasına bitişik meyvə-tərəvəz satılan obyektdə də keçib. Yanğın səhər saat 6 radələrin baş verib. Mağaza 24 saat fəaliyyət göstərdiyindən hadisə baş verən vaxt satıcı içəridə olub. Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin Yanğından Mühafizə İdarəsinin iki yanğınsöndürən maşını və canlı qüvvəsi cəlb olunub. Alovu nəzarətə götürmək mümkün olmadığından hadisə yerinə əlavə iki briqada da çağırılıb. Nəticədə alov söndürülüb. Sonradan obyektin içərisinə baxış keçirilən zaman oradan mağazanın satıcısı 60 yaşlı Şahin Əliyevin yanmış meyidi aşkarlanıb. Meyit müayinə olunmaq üçün Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Gəncə şəhər şöbəsinə aparılıb. Hazırda hüquq mühafizə orqanları yanğının baş vermə səbəblərini araşdırır.

09:00 / 13.02.2017
 Dosta göndər   Çap et     Geri     Yuxarı 
Günün videosu
Teglər
Səhifəyə daxil olanların sayı

Online: 20
Bu gün: 17018
Bu ay: 307003
Ümumi: 14441364
Ölkə: Azerbaijan

RSS feed
rss-xəbərlərə qoşulmaq üçün buraya daxil olun

WAP
WAP-la xəbərləri izləmək buraya daxil olun

E_MAİL
bizə yazın