/* */
Online xəbərlər
Azerspace-1 46°E Tezlik 11135 MHz Polyarizasiya H Axın sureti 27500 FEC 5/6  ||   Azerspace-1 46°E Tezlik 11135 MHz Polyarizasiya H Axın sureti 27500 FEC 5/6  ||   Azerspace-1 46°E Tezlik 11135 MHz Polyarizasiya H Axın sureti 27500 FEC 5/6  ||  
Xəbərlər

Hadisələr

Ana və uşaq ölümü baş verib

Şriftin ölçüsü:  11px13px15px17px

Ağcabədidə doğuş zamanı ana və uşaq ölümü baş verib. Ötən gecə Ağcabədi mərkəzi rayon xəstəxanasının doğum evinə çatdırılan rayonun Rəncbərlər kənd sakini, 32 yaşlı Təzəgül Qaraşova qeysəriyyə əməliyyatı ilə 2 kiloqram 100 qram çəkidə qız uşağı dünyaya gətirib. Əməliyyatdan sonra ana dünyasını dəyişib. Körpənin isə, yarımçıq doğulduğu üçün Sabirabad rayon Perinatal Mərkəzinə aparılmasına qərar verilib. Uşaq mərkəzə aparılarkən yolda ölüb. Ağcabədi mərkəzi rayon xəstəxanasından verilən məlumata görə, Təzəgül Qaraşovanın ölümünə preeklampsiya və böyrək çatışmazlığı səbəb olub. Bu, mərhumun 3-cü hamiləliyi olub. Bundan əvvəl iki dəfə onun hamiləliyi vaxtından əvvəl başa çatdığı üçün körpələr ölüb. Faktla bağlı rayon prokurorluğunda araşdırmalara başlanılıb.

19:00 / 19.01.2017
 Dosta göndər   Çap et     Geri     Yuxarı 
Günün videosu
Teglər
Səhifəyə daxil olanların sayı

Online: 14
Bu gün: 12875
Bu ay: 264071
Ümumi: 13753687
Ölkə: Azerbaijan

RSS feed
rss-xəbərlərə qoşulmaq üçün buraya daxil olun

WAP
WAP-la xəbərləri izləmək buraya daxil olun

E_MAİL
bizə yazın