/* */
Online xəbərlər
Azerspace-1 46°E Tezlik 11135 MHz Polyarizasiya H Axın sureti 27500 FEC 5/6  ||   Azerspace-1 46°E Tezlik 11135 MHz Polyarizasiya H Axın sureti 27500 FEC 5/6  ||   Azerspace-1 46°E Tezlik 11135 MHz Polyarizasiya H Axın sureti 27500 FEC 5/6  ||  
Xəbərlər

Hadisələr

Siqaret üstündə düşən dava 18 yaşlı gəncin ölümünə səbəb olub

Şriftin ölçüsü:  11px13px15px17px

Siqaret üstündə düşən dava 18 yaşlı gəncin ölümünə səbəb olub. Hadisə Cəlilabad rayonunun Səttar Xan küçəsində baş verib. Küçə sakini Emin Abdullayev yol kənarında ayaqqabısını təmir etdirib geri dönən zaman həmyerlisi, 16 yaşlı Murad Muradov ona yaxınlaşaraq siqaret tələb edib. Emin siqaret çəkmədiyini bildirsə də, bu, qarşı tərəfin narazılığına səbəb olub. Və yaranan mübahisə qanlı sonluqla başa çatıb. Murad üzərindəki bıçaqla Eminin ürək nahiyyəsinə zərbə endirib. Tələbə gənc aldığı xəsarətdən elə hadisə yerindəcə dünyasını dəyişib. Qətli törədən Murad Muradov qaçsa da, sonradan polisin keçirdiyi əməliyyat nəticəsində saxlanılıb. Faktla bağlı Cəlilabad rayon prokurorluğunda cinayət işi başlanılıb. Qeyd edək ki, qətlə yetrilən Emin Abdullayev atatürk üniversitetinin bakı filialının birinci kurs tələbəsi olub.

13:00 / 11.01.2017
 Dosta göndər   Çap et     Geri     Yuxarı 
Günün videosu
Teglər
Səhifəyə daxil olanların sayı

Online: 21
Bu gün: 17305
Bu ay: 307290
Ümumi: 14441651
Ölkə: Azerbaijan

RSS feed
rss-xəbərlərə qoşulmaq üçün buraya daxil olun

WAP
WAP-la xəbərləri izləmək buraya daxil olun

E_MAİL
bizə yazın