
Lənkəranda ikimərtəbəli ev yanıb. Yanğın zamanı mənzil sahibi xəsarət alıb. Hadisə rayonun Liman şəhərində, 22 yaşlı Mehriban Qurbanovaya məxsus fərdi evdə baş verib. Ümumi sahəsi 200 kvadratmetr olan evin 70 kvadratmetri, birinci mərtəbədə iki otaq və aynabənd yanıb. Hadisə yerinə Lənkəran Yanğından Mühafizə Hissəsinin 2 yanğınsöndürən maşını cəlb olunub. Ev sahibi elə alovla mübarizə zamanı üz nahiyəsindən yanıq xəsarətləri alıb. Yanğına səbəb evdə qurudulmaq üçün asılan paltarların sobanın üstünə düşərək alışması olub.
19:00 / 30.12.2016