
Biləsuvarda çoban qətlə yetirilib. Hadisə rayonun Obalıq adlalan ərazisində baş verib. Qoyun otarmaq adıyla evdən çıxan 28 yaşlı Nabil Rəhmanovun meyiti bir neçə saat sonra qonşu çobanın həyətindən tapılıb. Mərhumun atası İlham Rəhmanov iddia edir ki, oğlunu qonşu çobanın övladları bıçaqlayaraq qətlə yetiriblər. Günahlandırılan orucəliyevlər ailəsinin iki üzvü, Fəqan Orucəliyev və onun bacısı Dilarə Orucəliyeva artıq saxlanılıblar. Faktla bağlı rayon polis şöbəsində cinayət işi qaldırılıb, istintaq davam etdirilir.
13:00 / 27.12.2016