/* */
Online xəbərlər
Azerspace-1 46°E Tezlik 11135 MHz Polyarizasiya H Axın sureti 27500 FEC 5/6  ||   Azerspace-1 46°E Tezlik 11135 MHz Polyarizasiya H Axın sureti 27500 FEC 5/6  ||   Azerspace-1 46°E Tezlik 11135 MHz Polyarizasiya H Axın sureti 27500 FEC 5/6  ||  
Xəbərlər

Hadisələr

Masallıda qətl hadisəsi baş verib

Şriftin ölçüsü:  11px13px15px17px

Masallıda qətl hadisəsi baş verib. Hadisə Lənkəran-Boradigah şosesinin rayonun Türkoba kəndi ərazisindən keçən hissəsində qeydə alınıb. Əslən Lənkəran rayonundan olan və Bakı şəhərində yaşadığı bildirilən 23 yaşlı Murad Quluzadə yolun kənarında dayanmış “Volkswagen-passat” markalı, minik avtomobilinə avtomat silahından atəş açıb. Nəticədə avtomobilin salonunda əyləşmiş Rusiya vətəndaşı, əslən Lənkəranın Boladi kəndindən olan 37 yaşlı Fariz İsmayılov aldığı çoxsaylı güllə yarasından hadisə yerində dünyasını dəyişib. Onun meyiti müayinə olunmaqdan ötrü Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Cəlilabad rayon şöbəsinə aparılıb. Məlumata görə, hadisəni törətmiş Murad Quluzadə könüllü polisə təslim olub. Faktla bağlı Masallı rayon prokurorluğunda cinayət işi açılıb, araşdırma aparılır.

09:00 / 22.12.2016
 Dosta göndər   Çap et     Geri     Yuxarı 
Günün videosu
Teglər
Səhifəyə daxil olanların sayı

Online: 22
Bu gün: 23510
Bu ay: 432926
Ümumi: 13922542
Ölkə: Azerbaijan

RSS feed
rss-xəbərlərə qoşulmaq üçün buraya daxil olun

WAP
WAP-la xəbərləri izləmək buraya daxil olun

E_MAİL
bizə yazın