/* */
Online xəbərlər
Azerspace-1 46°E Tezlik 11135 MHz Polyarizasiya H Axın sureti 27500 FEC 5/6  ||   Azerspace-1 46°E Tezlik 11135 MHz Polyarizasiya H Axın sureti 27500 FEC 5/6  ||   Azerspace-1 46°E Tezlik 11135 MHz Polyarizasiya H Axın sureti 27500 FEC 5/6  ||  
Xəbərlər

Hadisələr

Van şəhərində güclü partlayış

Şriftin ölçüsü:  11px13px15px17px

Türkiyənin Van şəhərində partlayış törədilib. Zərərçəkənlərin sayı artmaqdadır. Hadisə minalanmış mikroavtobusun partladılması nəticəsində baş verib. Terrorçuların saxlanılması istiqamətyində əməliyyat keçirilir. Hakkaridə isə özünü partlatmaq istəyən terrorçu saxlanılıb.
Hakim Ədalət və İnkişaf Partiyasının qərargahı ilə Van valiliyi arasındakı ərazidə törədilən partlayış zamanı 2-si polis olmaqla, 48 nəfər yaralanıb. Yaralılardan 3-nün vəziyyəti ağırdır. Hadisə yerinə çoxlu sayda təcili tibbi yardım maşını göndərilib.
İnsidentdən sonra başlayan yanğının qarşısı alınıb. Partlayışın gücündən yaxınlıqda yerləşən binalar da zərər görüb.
İkinci partlayışın törədilə biləcəyi ehtimalı ilə bölgəyə gedən bütün yollar qapadılıb. Təhlükəsizlik qüvvələri partlayışı törədən pkk terrorçularının yaxalanması üçün əməliyyata başlayıb.
Hakkaridə isə terror aktı törətmək istəyən PKK üzvü saxlanılıb. Terrorla mübarizə üzrə təhlükəsizlik qüvvələrinin keçirdiyi əməliyyat nəticəsində “Çekdar” ləqəbli terrorçu yaxalanıb. Sorğu – sual zamanı məlum olub ki, pkk təşkilatı terror aktlarının uğurlu olması üçün daha təcrübəli üzvlərini cəlb etməyə başlayıb. Təhlükəsizlik qüvvələri əməliyyatları davam etdirir.

19:00 / 12.09.2016
 Dosta göndər   Çap et     Geri     Yuxarı 
Günün videosu
Teglər
Səhifəyə daxil olanların sayı

Online: 17
Bu gün: 12689
Bu ay: 367322
Ümumi: 11894090
Ölkə: Azerbaijan

RSS feed
rss-xəbərlərə qoşulmaq üçün buraya daxil olun

WAP
WAP-la xəbərləri izləmək buraya daxil olun

E_MAİL
bizə yazın