/* */
Online xəbərlər
Azerspace-1 46°E Tezlik 11135 MHz Polyarizasiya H Axın sureti 27500 FEC 5/6  ||   Azerspace-1 46°E Tezlik 11135 MHz Polyarizasiya H Axın sureti 27500 FEC 5/6  ||   Azerspace-1 46°E Tezlik 11135 MHz Polyarizasiya H Axın sureti 27500 FEC 5/6  ||  
Xəbərlər

Hadisələr

Taekvondoçumuz qızıl medal qazandı

Şriftin ölçüsü:  11px13px15px17px

Dünən günün sonunda ölkəmizin aktivinə 13-cü qızıl medal taekvondoçumuz Radik İsayevdən gəldi. Prezident İlham Əliyevin və xanımı Mehriban Əliyevanın izlədiyi görüşdə idmançımız rusiyalı rəqibi ilə gərgin mübarizədən qalib ayrılıb.
Radik İsayev ilk görüşdə niderlandlı rəqibinə heç bir şans vermədi. Maraqlı mübarizə şəraitində keçən görüş təmsilçimizin 8-6 hesablı qələbəsi ilə başa çatdı. Radik yarımfinalda Slovakiya təmsilçisi İvan Trajkoviç konradı sınağa çəkdi. İlk dəqiqələrdən üstünlüyü ələlə alan təmsilçimiz rəqibini dəqiq zərbələrlə məyus etdi. Taekvandoçumuzun açıq aşkar üstünlüyü şəraitində keçən görüşdə 17-2 hesabı qeydə alındı.
Səksən kiloqramdan yuxarı çəki dərəcəsi üzrə final görüşündə Azərbaycan taekvondoçusu Radik İsayev rusiyalı Vladislav Larinlə üz üzə gəldi. Prezident İlham Əliyev, xanımı Mehriban Əliyeva və ailə üzvlərinin izlədiyi final qarşılaşmasında təmsilçimiz 4:3 hesabı ilə rəqibini məğlub edərək birinci Avropa Oyunlarının çempionu oldu.
Bu çəki dərəcəsində bürünc medallara xorvatiyalı Vedran Qoleç və ispaniyalı Daniel Ros Qomes layiq görüldülər.
Prezident İlham Əliyev medalları qalib gələn idmançılara təqdim etdi. Qalibin şərəfinə Azərbaycanın dövlət himni səsləndirildi.
Bununlada Avropa Oyunlarında taekvondo üzrə yarışlar başa çatdı.

09:00 / 20.06.2015
 Dosta göndər   Çap et     Geri     Yuxarı 
Günün videosu
Teglər
Səhifəyə daxil olanların sayı

Online: 22
Bu gün: 11349
Bu ay: 426578
Ümumi: 17195911
Ölkə: Azerbaijan

RSS feed
rss-xəbərlərə qoşulmaq üçün buraya daxil olun

WAP
WAP-la xəbərləri izləmək buraya daxil olun

E_MAİL
bizə yazın